Qarabağ münaqişəsinin həllinə əlavə qurum cəlb edilə bilər
Bizi izləyin

Nida.az

Qarabağ münaqişəsinin həllinə əlavə qurum cəlb edilə bilər

ATƏT PA Dağlıq Qarabağla bağlı rolunu artıracaq.

Publika.az xəbər verir ki, bu barədə qurumun Daimi Komitəsinin bu gün Bakıda keçirilən iclasında ATƏT PA-nın prezidenti, Monteneqro parlamentinin sədri Ranko Krivokapiç bildirib.

ATƏT PA parlament demokratiyasının mənbəyi olduğunu deyən qurumun prezidenti əlavə edib ki, PA daxilində siyasi proseslər düzgün qurulmalıdır. Onun sözlərinə görə, ATƏT PA Ukrayna böhranından əvvəl müxtəlif addımlar atıb.

R. Krivokapiç Dağlıq Qarabağ münaqişəsinə də toxunaraq deyib ki, münaqişənin həlli ilə bağlı ATƏT-in Minsk qrupunun fəaliyyətində nəticə hələ ki görünmür: “Amma qurum bu istiqamətdə fəal işləyir. ATƏT PA-nın isə bu məsələ ilə bağlı fəaliyyəti zəifdir. Bu baxımdan, ATƏT PA-nın fəaliyyətini artırmaq niyyətindəyik”.

Asif

Oxumağa davam et
Reklam
Reklam

Gündəm