Elxan Süleymanov Avropanı “topa tutdu” - FOTOLAR
Bizi izləyin

Nida.az

Elxan Süleymanov Avropanı “topa tutdu” - FOTOLAR

“Sərsəng su anbarı məsələsini gündəmə prezidenti olduğum AVCİYA gətirib. Ancaq bunu bəzi qüvvələr başqalarının adını çıxarmağa çalışır”.

Publika.az-ın məlumatına görə, bunu Azərbaycanda Vətəndaş Cəmiyyətinin İnkişafına Yardım Assosiasiyasının (AVCİYA) prezidenti, Avronest Parlament Assambleyasının (PA) vitse-prezidenti, Milli Məclisin deputatı Elxan Süleymanov bu gün keçirdiyi mətbuat konfransında bəyan edib.

E.Süleymanov təəssüflə deyib: “Çox təəssüf ki, bizədək nə Azərbaycan hökumətinin, nə də ayrı-ayrı vətəndaş cəmiyyəti nümayəndələri bu məsələni gündəmə gətirməyib.

Sevindirici hal odur ki, bu gün biz bu layihə ilə istədiyimizə nail olmuşuq. Biz Sərsəng su anbarı ilə bağlı dünyaya haray etmişik. Ancaq mübarizəmizi yenə də davam etdirəcəyik”.

***

“Azərbaycanda xarici donorlardan maliyyələşən və qrant alan şəxslər ermənilərə xidmət edirlər”.


Publika.az-ın məlumatına görə, bunu Azərbaycanda Vətəndaş Cəmiyyətinin İnkişafına Yardım Assosiasiyasının (AVCİYA) prezidenti, Avronest Parlament Assambleyasının (PA) vitse-prezidenti, Milli Məclisin deputatı Elxan Süleymanov bu gün keçirdiyi mətbuat konfransında bəyan edib.

E.Süleymanov deyib ki, onlar ermənilərlə bərabər AŞPA sədrini də Azərbaycan əleyhinə səs verməyə çağırırlar:

“Əminəm ki, bu açıqlamadan sonra onlar mənim üzərimə hücumlar edəcəklər. Ancaq mən də sizin kimi Azərbaycan vətəndaşıyam və ölkəmizin qatı düşmənlərinə qarşı mübarizə aparıram. Mən vaxtilə Ştrasserə (red: Avropa Şurasının Azərbaycanda siyasi məhbuslar məsələsi üzrə məruzəçisi Kristofer Ştrasser) qarşı çıxanda da mənə qarşı hücumlar oldu. Hətta, Azərbaycandan olan bəzi qruplar ermənilərdən çox hücum edirdilər. İndi də onlar ermənilərə qoşulub Azərbaycan dövlətinə qarşı fəal mübarizə aparırlar.

Əminəm ki, mənim bu açıqlamalarımdan sonra Azərbaycan cəmiyyətində çaşqınlıq yaratmağa cəhdlər olacaq. Mən buna təəssüflənirəm, heyrətlənirəm”.

E.Süleymanov qeyd edib ki, Avropa Şurasının həmməruzəçisi Pedro Aqramuntu qeyri-obyektiv adlandıran qüvvələr erməndən də betərdir:

“Onlar ermənilərə xidmət edirlər. Mən buna yanıram, acıyıram. Çünki Pedro Aqramunt vaxtilə Azərbaycan dövlətinin və xalqının maraqlarını açıq-aşkar müdafiə edib, erməniləri isə məyus edib. Aqramunt Ermənistanı işğalçı ölkə adlandırıb”.

Hazırda Azərbaycanın Avropa Şurasına sədrlik etməsini xatırladan E.Süleymanov deyib: “Azərbaycan Avropa Şurasına sədrlik etditi dövrdə bu qurumdan heç bir xeyr görməyəcək. Çünki Avropa Azərbaycana “üçüncü ölkə” kimi baxır, bzə hörmət qoymur və sairə. Mən bunu Avropada apardığım fəaliyyətimdə də açıq-aşkar görürəm. Əksinə Avropanın Azərbaycana təzyiqləri artacaq”.


Vasif Həsənli

Oxumağa davam et
Reklam
Reklam

Gündəm