İlham Əliyev ATƏT Parlament Assambleyasının prezidentini qəbul edib
Bizi izləyin

Nida.az

İlham Əliyev ATƏT Parlament Assambleyasının prezidentini qəbul edib


Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev iyunun 28-də Monteneqro parlamentinin sədri, ATƏT Parlament Assambleyasının prezidenti Ranko Krivokapiçin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.

Görüşdə ATƏT Parlament Assambleyasının iyirmi üçüncü illik sessiyasının Bakıda keçirilməsinin əhəmiyyəti qeyd edilib. Prezident İlham Əliyev və Ranko Krivokapiç sessiyada məhsuldar müzakirələrin aparılacağına ümid etdiklərini bildiriblər.

Söhbət zamanı Azərbaycan ilə Monteneqro arasında ikitərəfli münasibətlərin siyasi, iqtisadi və digər sahələrdə uğurla inkişaf etdiyi vurğulanıb, parlamentlərarası əlaqələrin əməkdaşlığımızın möhkəmləndirilməsi baxımından önəmi qeyd olunub.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm