Prezident ABŞ nümayəndə heyətini qəbul edib
Bizi izləyin

Nida.az

Prezident ABŞ nümayəndə heyətini qəbul edib

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev iyunun 28-də Birləşmiş Ştatların Missisipi ştatından olan respublikaçı senator Rocer Uikerin və Nyu Cersi ştatından olan respublikaçı konqresmen Kristofer Smitin başçılıq etdikləri ABŞ nümayəndə heyətini qəbul edib.

Görüşdə Azərbaycan Respublikası ilə ABŞ arasında ikitərəfli münasibətlərin müxtəlif sahələrdə uğurlu inkişafından məmnunluq ifadə edilib, ATƏT Parlament Assambleyasının Bakıda keçirilən iyirmi üçüncü illik sessiyasının əhəmiyyətinə toxunularaq, tədbirdə səmərəli müzakirələrin aparılacağı əminliklə qeyd olunub.

Söhbət zamanı ikitərəfli münasibətlərimizin müxtəlif sahələri, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli, ATƏT Parlament Assambleyası çərçivəsində əməkdaşlığımız ilə bağlı məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm