Nida.az
Moskva Avrasiya İttifaqının qarşılığında Bakıya nələri vəd edir?- İddia
Rusiya Avrasiya İttifaqının qarşılığında Bakıya ucuz silah, geniş ticarət dövriyyəsi və Qarabağ münaqişəsinin həllini vəd edir.
Publika.az xəbər verir ki, bu iddia ilə erməni mətbuatı çıxış edib.
Ekspertlərin əksəriyyəti hesab edir ki, Rusiya Bakının Avrasiya İttifaqına çəkməkdə israrlıdır. Bakının buna etirazı isə yumşaq formadadır. Ortada ticarət əlaqələri, ucuz silah və Qarabağ var.
Bakı və Moskvanın Qarabağla bağlı gizli danışıqlar apardığı mümkündür. Rusiya qoşunlarını Qarabağda yerləşdirilmək istəyir, lakin bunun üçün bir neçə rayonu Azərbaycana vermək lazımdır.
Putin anlayır ki, Azərbaycanın Avrasiya İttifaqına daxil olması
xeyrinədir, amma gərək Türkiyə və Qərb Bakını bu ittifaqa itələsin.
Bunun baş verməsi də mümkündür. Ankara Bakının xeyrinə Rusiyadan
nəsə almağa çalışır.
Moskvanın ittifaqı müflisləşib. Bu, xüsusilə 27 iyunda Ukrayna,
Moldova və Gürcüstanın Avropa Birliyi ilə Assosiativ Sazişi
imzalanmasından sonra daha qabarıq görünür. Düzdür, Azərbaycanın
ittifaqa daxil olması bu müflisliyi qurtarmayacaq, amma Qafqazda
mövqeləri bərkitmək üçün Moskvaya qoşunlarının Qarabağda
yerləşdirilməsi lazımdır. Bu, Rusiya imperiyasının ilkin xilası da
ola bilər.
Rusiya hazırda qoşunlarını Qarabağa yerləşdirmək üçün İrəvanı
müharibə ilə şantaj edir. İrəvanda isə anlayırlar ki, növbəti addım
hakimiyyətin devrilməsi ola bilər. Proseslər rəsmi İrəvan üçün
daralan halqanı xatırladır, amma hakimiyyət bu halqadan kənara
çıxmaqda maraqlı da görünmür.
Asif
-
Qoroskop00:15
Günün ULDUZ FALI: qarşıdurmalar ola bilər
-
Sosial25 Aprel 23:48
Bakıda ayıq sürücü müştərinin "Land Rover”indən oğurluq etdi
-
Səhiyyə25 Aprel 23:12
Onkoloqdan XƏBƏRDARLIQ: bu xəstəliklər xərçəngə çevrilə bilər
-
Magazin125 Aprel 22:48
Müşfiq Musanın məşhur mahnısını oxudu - VİDEO
-
Magazin125 Aprel 22:00
Firuzə İbadova həmin xəbəri TƏKZİB ETDİ: "Onun ruhu şad olsun deyə..."
-
Sosial25 Aprel 21:24
Bakıda qızı açıq-saçıq geyiminə görə mağazadan qovdular - VİDEO
-
İnanc25 Aprel 20:24
Ağdam Cümə məscidində ilk Azan - VİDEO
-
Cənubi Qafqaz25 Aprel 19:36
Ermənistan hərbçisi Azərbaycanla sərhəddə minaya düşdü