“İran kəşfiyyatı Azərbaycanda tərəfdaşları üçün 600 milyon xərcləyir”- Şok iddia
Bizi izləyin

Nida.az

“İran kəşfiyyatı Azərbaycanda tərəfdaşları üçün 600 milyon xərcləyir”- Şok iddia

Mərhum eks-prezident Əbülfəz Elçibəyin kürəkəni Aqil Səmədbəyli İranın Azərbaycandakı səfiri Möhsün Pak Ayinin “Türkiyə pantürkizm ideologiyasını yaymaqla məşğuldur” açıqlamasına sərt cavab verib.

Publika.az xəbər verir ki A. Səmədbəyli “facebook” səhifəsində yazıb ki, bu adam Azərbaycanla Türkiyə arasına məsafə qoymaqla, İrana xal qazandırmağa çalışır: “Amma başa düşmür ki, bu tələyə düşəcək qədər cahil insanın sayı onların istədiyi qədər ola bilməz. Baxmayaraq ki, İran kəşfiyyatı Azərbaycanda özünə tərəfdar toplamaq üçün ildə 600 milyon dollar pul xərcləyir!


Cənab Möhsün Pak! Sizin dərdiniz din deyil, məzhəb deyil. Sizin dərdiniz və qorxunuz, bu iki ölkə xalqının, əslində elə iki dövlətdə yaşayan bir millətin Birlik şüuruna yiyələnməsidir! Sizlər nə qədər də pul xərcləsəniz, bu düşüncənin yox olmamasından, daha da güclənməsindən narahatsınız! Əmin olun ki, bir gün qorxularınız gerçək olacaqdır və o zaman sizin İran deyə bir şey qalmayacaqdır!”


Asif

Oxumağa davam et
Reklam
Reklam

Gündəm