• USD 1,7339 +0,12% EUR 1,8516 +0,84%
    • GBP 2,1859 +0,79% RUB 0,0272 +0,74%

Amerika desantı Qarabağa girir

  • Nida.az
  • 30 İyun 2014 17:10
  • 1 262 Baxış
Amerika desantı Qarabağa girir

Rusiya Cənubi Qafqazda hərbi gücünü saxlamaq üçün Qarabağa sülhməramlı adı altında ordu yeritmək niyyətindədir. Moskvanın son vaxtlar Qarabağ münaqişəsinin həllində aktivləşməsi də bundan qaynaqlanır.

Publika.Az xəbər verir ki, bu iddia ilə erməni mediası çıxış edib. İddialara görə, Rusiya rəsmi İrəvanın “xahişi” ilə Qarabağa qoşun yeridə bilər. Belə ki, Qərbin sürətli diplomatik hücumu fonunda Bakının da öz seçimini Moskvanın əleyhinə etməsi ehtimalı var. Buna baxımdan, Rusiya bölgədən çıxmamaq üçün mütləq İrəvandan qoşun üçün ondan xahiş etməsini tələb edəcək və bu baş tutacaq.

Lakin ABŞ buna imkan vermək niyyətində deyil. Bir neçə ABŞ ştatı qondarma “DQR”-i tanıyır ki, bu Ermənistana siqnaldır. Bundan başqa, ABŞ mövcud status-kvonu saxlamaqda maraqlıdır ki, bu da Ermənistan üçün əlverişlidir. Rusiya isə buna qarşı erməni kanalları ilə ABŞ-ı etibardan salmağa çalışır.

Erməni mediası iddia edir ki, ABŞ Rusiyanı qabaqlayacaq və Qarabağa sülhməramlı yerləşdirilsə, bu Amerika desantı olacaq.

Asif

Xəbər lenti

DAHA ÇOX XƏBƏR