Moskva Bakını aldadır?- Rusiyalı ekspertdən etiraf
Bizi izləyin

Nida.az

Moskva Bakını aldadır?- Rusiyalı ekspertdən etiraf

“Moskva Azərbaycanın öz xarici siyasət kursunu dəyişdirəcəyinə və Avrasiya İttifaqına daxil olacağına ümid bəsləmir”.

Publika.az xəbər verir ki, bu barədə məşhur rusiyalı politoloq Andrey Piontrovskiy son vaxtlar Azərbaycanın Avrasiya İttifaqına daxil olması şərti ilə Rusiyanın Ermənistan tərəfindən işğal olunmuş rayonları geri qaytaracağı haqda deyilənlərə münasibət bildirərkən deyib.

Onun sözlərinə görə, Ukrayna Avropaya özü ilə birgə Moldova və Gürcüstanı da apardı: “Qazaxıstan və Belarusiya isə Rusiyanın siyasi ittifaq ideyasının rədd etdi, onlar yalnız iqtisadi sfera ilə kifayətləndilər.

Halbuki SSRİ-nin bərpası Rusiyanın əsas hədəfi idi. Hesab etmirəm ki, bunların fonunda rəsmi Bakı öz siyasi kursunu dəyişdirsin. Moskvada onsuz da heç kim bu illüziya haqda düşünmür. Ona görə də Moskva faktiki olaraq Dağlıq Qarabağ münaqişəsində status-kvonun saxlanılmasının tərəfdarıdır”.

Rusiyalı ekspert hesab edir ki, Moskva, sadəcə olaraq, Azərbaycanla münasibətlərini korlamaq istəmir.

“Astanadakı toplantıda Qarabağla bağlı yaranan sualları gördük. Hazırda Ermənistanın ittifaqa qoşulması Moskvaya lazımdır. Rusiya bunu Ermənistan hakimiyyətinə təzyiqlərlə qəbul etdirdi”,– deyə o bildirib.
Qeyd edək ki, son günlər erməni media ilə yanaşı, Azərbaycan mediası da yaxın günlərdə bir neçə rayonun Azərbaycana qaytarılacağı xəbərini yazır.

Asif

Oxumağa davam et
Reklam
Reklam

Gündəm