“Azərbaycan heç kimə arxalanmır” – YAP-dan AÇIQLAMA
Bizi izləyin

Nida.az

“Azərbaycan heç kimə arxalanmır” – YAP-dan AÇIQLAMA

“Son günlər Bakıda NATO, Avropa Şurası və ATƏT-in beynəlxalq toplantılarının keçirilməsi Azərbaycanın dünyada artan nüfuzundan xəbər verir”.

Bunu Publika.az-a açıqlamasında hakim Yeni Azərbaycan Partiyasının (YAP) beynəlxalq əlaqələr şöbəsinin müdiri, Milli Məclisin deputatı Asəf Hacıyev bildirib.

Azərbaycanın əsl müstəqil dövlət olduğunu vurğulayan millət vəkili deyib: “Cənab Prezidentin son çıxışı göstərdi ki, Azərbaycan heç bir böyük dövlətdən asılı deyil. Bizim üçün “böyük qardaş” söhbəti yoxdur. Azərbaycan dövləti tam müstəqil həyata keçirir, ölkəmiz yüksək templə inkişaf edir və bunun da kökündə Cənab Prezidentimiz İlham Əliyevin yürütdüyü ağıllı siyasət dayanır”.

A.Hacıyev həmçinin qeyd edib ki, Azərbaycan Prezidentinin Avropa Şurasındakı son çıxışı Ermənistana mesaj verməklə yanaşı, dünya qarşısında da müstəqillik təntənəsinin nümayişi olub:

“Burada təkcə məqsəd ondan ibarət deyildi ki, bu, bir tribuna idi və burada Ermənistana nə isə deyildi. Bu, həm də onu göstərdi ki, bəli, Azərbaycan müstəqil dövlətdir. Biz heç kimdən çəkinmirik, öz maraqlarımızı qoruyuruq. Cənab Prezidentin çıxışı və suallara cavabı da bir daha təsdiq etdi ki, Azərbaycana heç kim müdaxilə edə bilməz. Bu gün Azərbaycan özünü qoruya bilən ölkədir.

Bəzən çox mənasız fikirlər ortaya atırlar və sairə. Axı niyə deyirlər ki, bu gün Azərbaycan Rusiyaya arxalanır? Niyə deyirlər ki, Azərbaycan bu gün Qərbə arxalanır? İndi Azərbaycan heç kimə arxalanmır. Bu gün Azərbaycan balanslaşdırılmış siyasət yürüdür. Bəli, bu gün Azərbaycanda Qərbin də, Rusiyanın da maraqları var. Bu da olmalıdır. Çünki dünya siyasəti bundan ibarətdir.

Digər tərəfdən isə, indi dünyada Azərbaycanın inkişafında maraqlı olan ölkələr də çoxdur. Azərbaycanın enerji siyasəti və geosiyasi vəziyyəti dünya, o cümlədən Avropa Birliyi üçün çox önəmlidir”.

Vasif Həsənli

Oxumağa davam et
Reklam
Reklam

Gündəm