Nida.az
Vətəndaşlıq haqqında qanun dəyişdi
Prezident İlham Əliyev "Azərbaycan Respublikasının vətəndaşlığı haqqında" Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə" 2014-cü il 30 may tarixli qanunun tətbiqi haqqında fərmanı imzalayıb.
Dəyişikliklərə əsasən, 5-ci maddəyə aşağıdakı
məzmunda dördüncü hissə əlavə edilir:
"Şəxsin Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyəti
müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyənləşdirilir.
Şəxsin Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyətinin
müəyyənləşdirilməsi qaydası müvafiq icra hakimiyyəti orqanı
tərəfindən təsdiq edilir".
10-cu maddə aşağıdakı redaksiyada verilir:
"Maddə 10. Azərbaycan Respublikası vətəndaşının xarici dövlətin
vətəndaşlığına mənsubiyyətinin tanınmaması Azərbaycan
Respublikasının vətəndaşı olan şəxsin ikili vətəndaşlığı olduqda
(Azərbaycan Respublikası vətəndaşlığı ilə yanaşı, digər dövlətin
(dövlətlərin) vətəndaşı olduqda) həmin şəxsin xarici dövlətin
vətəndaşlığına mənsubiyyəti, Azərbaycan Respublikasının beynəlxalq
müqavilələrində nəzərdə tutulmuş və ya Azərbaycan Respublikası
Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndinə müvafiq surətdə
həll edilmiş hallar istisna olmaqla tanınmır.
Xarici dövlətin vətəndaşlığını qəbul etmiş Azərbaycan
Respublikasının vətəndaşı bir ay müddətində bu barədə müvafiq icra
hakimiyyəti orqanına yazılı məlumat verməlidir. Belə məlumatı
verməyən şəxslər Azərbaycan Respublikasının Cinayət Məcəlləsi ilə
nəzərdə tutulmuş qaydada məsuliyyət daşıyırlar".
12-ci maddə aşağıdakı redaksiyada verilir:
"Maddə 12. Əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin Azərbaycan
Respublikasının ərazisində doğulmuş uşaqlarının vətəndaşlığı
Azərbaycan Respublikasının ərazisində doğulmuş və hər iki valideyni
əcnəbi olan uşaq Azərbaycan Respublikasının vətəndaşı hesab
edilmir. Azərbaycan Respublikasının ərazisində doğulmuş və
valideynlərindən biri əcnəbi, digəri isə vətəndaşlığı olmayan şəxs
olan uşaq Azərbaycan Respublikasının vətəndaşı hesab edilmir.
Azərbaycan Respublikasının ərazisində doğulmuş və hər iki valideyni
vətəndaşlığı olmayan şəxs olan uşaq Azərbaycan Respublikasının
vətəndaşıdır".
18-ci maddə aşağıdakı redaksiyada verilir:
"Maddə 18. Azərbaycan Respublikası vətəndaşlığının itirilməsi
"Vətəndaşsızlığın ixtisar edilməsi haqqında" 1961-ci il 30 avqust
tarixli Konvensiyanın müddəaları nəzərə alınmaqla, aşağıdakılar
Azərbaycan Respublikası vətəndaşlığının itirilməsi üçün əsas hesab
edilir: 1) Azərbaycan Respublikası vətəndaşının digər dövlətin
vətəndaşlığını könüllü əldə etməsi; 2) Azərbaycan Respublikası
vətəndaşının xarici dövlətin dövlət və ya bələdiyyə orqanlarında,
yaxud silahlı qüvvələrində və ya digər silahlı birləşmələrində
könüllü xidmət etməsi; 3) Azərbaycan Respublikası vətəndaşının
dövlətin təhlükəsizliyinə ciddi zərər vuran davranışı; 4)
Azərbaycan Respublikasının vətəndaşlığını əldə etmiş şəxsin
vətəndaşlığa qəbul olunmaq üçün zəruri olan məlumatı qəsdən
saxtalaşdırması və ya saxta sənəd təqdim etməsi. Azərbaycan
Respublikası vətəndaşlığının itirilməsi məsələsi bu Qanunun 17-ci
maddəsinin ikinci və üçüncü hissələrində göstərilən məhdudiyyətlər
nəzərə alınmaqla həll edilir". "Azərbaycan Respublikasının
vətəndaşlığı haqqında" Azərbaycan Respublikası Qanununun 10-cu
maddəsinin ikinci hissəsi və 18-ci maddəsinin birinci hissəsinin
1-ci bəndi ilə müəyyən olunmuş müddəalar bu Qanun qüvvəyə minənədək
digər ölkənin vətəndaşlığını əldə etmiş şəxslərə şamil edilmir.
-
Sosial20:24
Şahmar Hüseynova yeni VƏZİFƏ VERİLDİ - FOTO
-
Maraq dünyası20:15
"Tarqovı"da çiy ətdən libas geyinən qızdan QƏRİBƏ HƏRƏKƏTLƏR - VİDEO
-
Art19:36
Azərbaycan və Türkiyə birgə film çəkəcəklər - ADI AÇIQLANDI
-
Elm və təhsil19:12
Emin Əmrullayev ona VƏZİFƏ VERDİ
-
Kriminal18:12
Tulin Ələkbərovanın sevgilisi tərəfindən döyülməsi faktı araşdırıldı: nəticə... - VİDEO
-
Kriminal17:32
Faciəvi şəkildə ölən tələbənin ailəsi məhkəməyə getməkdən imtina etdi - FOTO
-
Nida Təhlil 17:11
İrəvan “Krokus”la bağlı bəyanatı rədd etdi: Kreml necə cəzalandıracaq?
-
Sosial16:58
Bu avtomobillərlə taksi fəaliyyəti göstərmək qadağan edildi