• USD 1,7430 0,00% EUR 1,8487 0,00%
    • GBP 2,1929 0,00% RUB 0,0275 0,00%

Azərbaycanlıların İŞİD-ə qoşulmasının səbəbləri - Yeni faktlar

  • Nida.az
  • 1 İyul 2014 11:23
  • 4 257 Baxış
Azərbaycanlıların İŞİD-ə qoşulmasının səbəbləri - Yeni faktlar

Suriya cihadından sonra bu prosesin davamı olan İŞİD Azərbaycan üçün əlavə sıxıntılar yaratdı. Adətən, din və insanlıq müstəvisindən kənara çıxan İŞİD-də azərbaycanlıların olması cəmiyyət tərəfindən qınanmasına rəğmən, bunun gələcəkdə ölkə üçün təhlükəsi də qaçılmazdır. Hansı ki, faktiki olaraq onlara potensial terrorçu deyə bilərik.

İŞİD-in tərkibində azərbaycanlıların, xüsusilə gənclərin olduğu artıq məlumdur. Sosial şəbəkələrdə onların video süjetləri də zaman-zaman yayılır. Maraqlı olansa, azərbaycanlıların İŞİD-ə qoşulma səbəbləridir.
Çünki Suriyada müharibə cihada çevrildikdən sonra bu ölkəyə Azərbaycandan da kifayət qədər insan getdi. Onlar, əsasən, Ahraru-Şam və Ənsar camaatları, həmçinin Nüsrət cəbhəsində döyüşürlər. Lakin azərbaycanlıların ən çox olduğu qruplaşma İŞİD-dir.

Publika.az-ın bunun səbəbləri ilə bağlı mücahidlərin saytlarını araşdırdıqda, eləcə də Suriyada azərbaycanlılarla görüşmüş bir neçə insanın fikirlərini öyrəndikdə maraqlı məqamlar ortaya çıxıb.
Nəticə budur ki, azərbaycanlıların İŞİD-ə qoşulma səbəbinin ən birincisi bu qruplaşmanın cihadçılar arasında ən güclü olmasıdır.

“İŞİD-ə qatılan azərbaycanlılar, əsasən, gənclərdir. Onlarda bir hirs, intiqam hissi var. Buna görə də onlar dağıtmağa, yəni daha çox radikallığa meyillidir. İŞİD də Suriyadakı qruplaşmalar arasında ən radikalıdır”,- deyə Suriyadakı azərbaycanlılarla görüşmüş türkiyəli jurnalist Publika.az-a deyir. Lakin səbəblər təkcə bu deyil. Türkiyəli jurnalist hesab edir ki, İŞİD-in döyüşlərdə uğurları və üzvlərinə verdiyi vədlər də burada əsas rol oynayır.

Məlumatlara görə, hazırda İŞİD-də olan azərbaycanlıların sayı 200-dən çoxdur. Onların qruplaşma tərkibində ayrıca əmirlikdə birləşdikləri də deyilir.

Ən maraqlı məqamsa, İŞİD tərkibində döyüşənlərin həqiqətən də xilafətin qurulacağına inanmasıdır: “Azərbaycanlı gənclər də məhz bu üzdən ən çox bu qrupa daxil olurlar. Onlardan "haradansan" soruşsan, “İslam dövlətindənəm” deyə cavab verəcəklər. Təbii ki, burada daha çox yanlış təbliğatın təsirləri var”.

Lakin bir məqam da ortadadır. Bura qoşulan azərbaycanlı gənclər sonradan səhv yolda olduqlarını anlayaraq ayrılmaq istəsələr də, bu baş tutmur. Belə bir cəhdin nəticəsi isə, adətən, ölümdür. Məlumatlara görə, Suriyada 3 ildir davam edən döyüşlərdə “cihadçı” qruplaşmalar arasında da savaş aparılır. Digər qruplara ən çox hücum edən isə İŞİD-dir. Buna görə də, oradakı mücahidlərin bəzən İŞİD-in hücumlarından qorunmaq üçün də bura qatıldığı deyilir, azərbaycanlılar da bura daxildir.

1. Radikallığa meyillilik
2. Qorxu
3. Vədlər
4. Yanlış təbliğat

Azərbaycanlıların İŞİD-ə qoşulması səbəbləri sırasına bunlar da daxildir. Siyahını daha da uzatmaq olar, lakin İŞİD tərkibində xeyli gəncimizin döyüşdüyü faktı ortadadır.


Asif Nərimanlı

Xəbər lenti

DAHA ÇOX XƏBƏR