Əli Kərimli haqqında kasetdə nələr var - İDDİA
Bizi izləyin

Nida.az

Əli Kərimli haqqında kasetdə nələr var - İDDİA

"Jurnalist Eldəniz Elgün də Əli Kərimli haqqında kaset var".Publika.Az-ın məlumatına görə, bunu “Facebook” səhifəsində BAXCP sədrinin ictima və siyasi məsələlər üzrə müavini Niyaməddin Orduxanlı yazıb.

Onun sozlərinə görə, məlum kaset də Əli Kərimlinin səsi yazılıb və Elçibəyin əleyhinə yazıların verilməsinin göstərişini edirmiş: “1999-cu ilin yayında jurnalist Eldəniz Elgün "P.S." qəzetini çap edirdi. Bu qəzet çoxlarının yadına gələr. Deyəsən, yay ayı idi. Eldəniz qəzetdə Əli Kərimlnin səs yazsısının stenoqramını çap etmişdir. Əli Kərimli jurnalistə Elçibəyin əleyinə yazılan yazılar haqqında göstəriş verirdi. Kimin şübhəsi varsa, həmin qəzetin podşivkasını tapıb baxa bilər. Eldəniz Elgündən də soruşa bilərlər. İndi mən nə edim ki, bütün bunlar faktdır. Əli Kərimli bütün imaknları ilə Əbülfəz Elçibəyin əleyhinə olub və bu, bir tarixdir...Bu gün Əli Kərimli Əbülfəz Elçibəyə etdiklərinin bədəlini alır. Həmin illər də mən də AXCP Gənclər Komitəsində idim. Hamı kimi Əli Kərimlinin etdiklərini gözümlə görürdüm. Ardı var...".

Vasif Həsənli

Oxumağa davam et
Reklam
Reklam

Gündəm