CİA-nın agentindən Azərbaycanla bağlı Putinə PETİSİYA – ŞOK FAKTLAR
Bizi izləyin

Nida.az

CİA-nın agentindən Azərbaycanla bağlı Putinə PETİSİYA – ŞOK FAKTLAR

Əsası 2007-ci ildə ABŞ və Kanada vətəndaşı və əslən ingilis olan Ricken Patel tərəfindən qoyulan “Avaaz” qlobal ictimai təşkilatı (beynəlxalq onlayn şəbəkə) Rusiya Federasiyası (RF) prezidentinin ünvanına Azərbaycanla bağlı separatçı yönümlü petisiya hazırlayıb.

Maraqlı məqam odur ki, Ricken Patel hazırda da bu təşkilatın icraçı direktorudur və adı ABŞ-ın Mərkəzi Kəşfiyyat İdarəsi (CİA) ilə məxfi əməkdaşlıqda tez-tez hallanır.

Publika.az-ın əldə etdiyi məlumata əsasən, həmin petisiyada Azərbaycan Respublikasının 24.01.1921-ci ildə Bolşevik Rusiyası və Türkiyənin birgə razılaşmasına əsasən yaradılması, bunun nəticəsində ləzgilərin iki hissəyə bölünməsi qeyd olunub. Buna əsasən “Avaaz” petisiyada Rusiya Federasiyasının 86-cı subyekti qismində “Ləzgistan Respublikası”nın yaradılması və həmin ərazi vahidinin tərkibinə Dərbənd, Axtı, Doqquzpara, Kurax, Məhərrəmkənd, Süleyman-Stal, Xiv, Rutul rayonlarının daxil edilməsi tələb olunur.

Petisiyada həmçinin, ləzgilərin Azərbaycanda hüquqlarının guya pozulması, təqib edilməsi, Azərbaycan Respublikası və Rusiya Federasiyası arasında dövlət sərhədi haqqında bağlanmış müqavilə nəticəsində Samur çayının və “ləzgi torpaqlarının” Azərbaycana verilməsi qeyd olunur.

Bundan əlavə, petisiyada Ulu Öndər Heydər Əliyevin ünvanına təhqiramiz ifadələr işlədilir və Dərbənddə Ümummilli Liderin adına küçənin, parkın olmasına etiraz olunur.

Petisiya Krımın Rusiyaya birləşdirilməsindən sonra yaradılıb. Separatçı qurum üzvləri bunu əsas gətirərək Rusiya prezidenti Vladimir Putindən ondan ləzgiləri niyə məhv etməsi və torpaqlarının digər ölkələrə verməsi soruşulub.

Petisiyanın indi hazırlanması əslində son vaxtlar daha da irəliləyən Azərbaycan – Rusiya əlaqələrinin inkişafına Qərbin təxribatçı reaksiyası kimi də başa düşülə bilər. Nəzərə alsaq ki, sözügedən petisiyanı hazırlayan Ricken Patelin təşkilatı anlamalı idi ki, Azərbaycanda bütün milli azlıqlar kimi, ləzgilərin də hüquqları ən yüksək səviyyədə qorunur, onlar özlərini Azərbaycanda Vətənlərində olduğu kimi hiss edirlər.

Bunu bir müddət öncə “Azərbaycanda yaşayan ləzgilər və avarların hüquqları yüksək səviyyədə qorunur” deyən Rusiyanın ölkəmizdəki səfiri Vladimir Doroxin də təstiqləmişdi. Həmin sitatı olduğu kimi təqdim edirik:

“Azərbaycanda yaşayan Rusiya vətəndaşları arasında avarlar və ləzgilər də var. İstərdim hər kəs bilsin ki, Rusiya Azərbaycanda ləzgilər və avarlar kimi milli azlıqların hüquqlarının məhdudlaşdırılması barədə fikirləri dövlət səviyyəsində bölüşmür. Səs-küylü və siyasiləşdirilmiş bəyanatlar işin xeyrinə yox, zərərinədir. Hansısa milli azlıqların təhsil, mədəni tələbatlarının ödənilməsi ilə bağlı problemləri varsa, bu məsələləri sakit və konstruktiv mühitdə müzakirə etmək lazımdır. Əminəm ki, strateji tərəfdaşımız olan Azərbaycan məsələnin bu cür qoyuluşunu konstruktiv və aktual şəkildə qəbul edəcək”.

Digər tərəfdən isə, həmin petisiyanı hazırlayan təşkilat unudub ki, axı ləzgilər də azərbaycanlılar kimi müsəlman əhalisidir. Bizləri ortaq edən, birləşdirən dini dəyər də var – müsəlman əhalisiyik.

Bu istiqamətdə araşdırmamızı davam etdirəcəyik...

Vasif Həsənli

Oxumağa davam et
Reklam
Reklam

Gündəm