Azərbaycanlılar rəsmi Tiflisə şərt qoyacaqmı?
Bizi izləyin

Nida.az

Azərbaycanlılar rəsmi Tiflisə şərt qoyacaqmı?

“Gürcüstan azərbaycanlılarının problemləri kifayət qədər olsa da, onlar heç vaxt ermənilər kimi Vətənə xəyanət edib qarışıqlıq yaratmazlar”.

Bu barədə Gürcüstan parlamentinin azərbaycanlı deputatı Azər Süleymanov Publika.Az-a açıqlamasında orda yaşayan ermənilərin rəsmi Tiflisin Avropaya inteqrasiyasını şərtlə dəstəkləməsinə münasibət bildirərkən deyib.

Azərbaycanlı deputat deyib ki, onlar problemlərin həlli üçün belə tələb irəli sürmək fikrində deyillər: “Təəssüf ki, Gürcüstan hökuməti azərbaycanlılara laqeyd yanaşır, problemlərin həllinə çalışmır. Sonuncu bələdiyyə seçkilərini saxtalaşdıraraq azərbaycanlı namizədin seçilməsinin qarşısı alındı. Lakin hər şeyə rəğmən biz ermənilər deyilik və öz doğma Vətənimiz hesab etdiyimiz Gürcüstan üçün problemlər yaratmarıq. Ermənilərsə həmişə belə separatçılıq edir, hətta geniş hüquqlu muxtariyyət də istəyirlər. Biz heç vaxt belə niyyətdə olmamışıq”.

A.Süleymanov qeyd edib ki, gürcü hökumət bu baş verənlərdən nəticə çıxarmalıdır. Onun sözlərinə görə, Gürcüstanda ermənilərin hüquqları azərbaycanlılardan daha çox qorunur: “Halbuki, Gürcüstana arxadan zərbə vuranlar da onlardır. Azərbaycanlılarınsa problemi kifayət qədərdir. Təhsil məsələsindən tutmuş, səhiyyəyə, iş problemlərinə qədər. Bu problemlər 2003-cü ildən 2012-ci ilə qədər həll edilirdi, lakin 2012-ci ildən sonra daha da çoxaldı”.

Qeyd edək ki, Gürcüstanın Samsxe-Cavaxetiya və Kvemo- Kartli bölgələrində yaşayan ermənilər rəsmi Tiflisin Avropa Birliyi ilə Assosiasiya haqqında razılaşmasını şərtlərinin yerinə yetməsi qarşılığında dəstəkləyəcəklərini açıqlayıblar (http://publika.az/p/27669).

Asif

Oxumağa davam et
Reklam
Reklam

Gündəm