Rəsmi Bakını təhdid edən ekspert işdən çıxarılır
Bizi izləyin

Nida.az

Rəsmi Bakını təhdid edən ekspert işdən çıxarılır

Rusiyada Avrasiya hərəkatının lideri, rus imperializminin qatı tərəfdarı Aleksandr Duqin Moskva Dövlət Universitetindən (MQU) çıxarılır.

Publika.az Rusiya mediasına xəbər verir ki, MQU-nın sosiologiya fakültəsinə rəhbərlik edən A. Duqin istefa ərizəsini yazıb.

Duqin özü isə bildirir ki, o, universitetin digər kafedrasınaa təyinat almaq üçün bu addımı atıb. Lakin rəhbərlik onun istefa ərizəsini qəbul etsə də, yeni təyinatını verməyib.

A. Duqin bununla bağlı Rusiya Prezidenti Vladimir Putinə müraciət edəcəyini açıqlayıb.

Qeyd edək ki, A. Duqin Rusiya imperiyasının qatı tərəfdarı kimi Azərbaycana qarşı daim təhdidlər səsləndirir. Sonuncu dəfə Duqin Ukraynanın ərazi bütövlüyünü dəstəklədiyi üçün rəsmi Bakıya “Bunun cavabını verəcəksiniz” təhdidini yollamışdı. Təsadüfi deyil ki, hər kəs onu “Kremlin təhdid dili” adlandırır.

Asif

Oxumağa davam et
Reklam
Reklam

Gündəm