• USD 1,7339 0,00% EUR 1,8297 -1,20%
    • GBP 2,2001 +0,65% RUB 0,0270 -0,74%

“Rusiya Azərbaycana təzyiqini artırır” – sabiq nazir cəbhədə baş verənlərdən DANIŞDI

  • Nida.az
  • 27 Yanvar 2014 12:03
  • 988 Baxış
“Rusiya Azərbaycana təzyiqini artırır” – sabiq nazir cəbhədə baş verənlərdən DANIŞDI

Azərbaycanın keçmiş müdafiə naziri, general-mayor, Silahlı Qüvvələrin Ehtiyatda olan Zabitlər Konfederasiyasının sədri Dadaş Rzayev Ermənistanın son günlər cəbhə xəttində Ermənistan ordusunun atəşkəs rejimini mütəmadi olaraq pozmazı və bununla gərginlik yaratmasına münasibət bildirib.

Sabiq nazir D.Rzayev Publika.Az-a açıqlamasında baş verən son hadisələrin arxasında Rusiya amilinin dayandığını söyləyib. D.Rzayev deyib: “Burada əsas Ermənistan deyil, Rusiyadır. Rusiya Ermənistan vasitəsilə Azərbaycana təzyiqini artırır. Son baş verənlər Rusiyanın Azərbaycana təzyiqidir”.

Sabiq nazir qeyd edib ki, Ermənistan bu cür bütün təxribatlarına baxmayaraq Azərbaycan ordusu bunun qarşısını qətiyyətlə alır: “Azərbaycan ordusu öz mövqeyində çox möhkəm dayanıb. Ordumuz düşmənin hər bir təxribatına cavab verməyə hazır və qadirdir”.

Vasif Həsənli

Xəbər lenti

DAHA ÇOX XƏBƏR