Qərb rəsmi Bakını şantaja başladı: Klassik üslub
Bizi izləyin

Nida.az

Qərb rəsmi Bakını şantaja başladı: Klassik üslub

Avropa Birliyinin rəsmi saytında Azərbaycan tənqid edilib.

Publika.az xəbər verir ki, birliyin fəaliyyəti haqda məlumatları yayan “euobserver.com” saytında yayımlanan “Avropa Birliyinin böyük məbləğli qaz investisiya siyasəti səhvdir” başlıqlı məqalədə Azərbaycanla əməkdaşlığın yanlış siyasət olduğu qeyd edilir. Bildirilir ki, Avropanın qaz asılılığından qurtulmaq üçün yeni çəkilən böyük infrastruktura böyük məbləğdə vəsait ayrılması mənasızdır. Çünki onsuz da bu infrastrukturla enerji problemini həll etmək çətin olacaq.

Həmçinin məqalədə Azərbaycan, eləcə də Avropanın qaz almaq istədiyi digər ölkələrdə insan haqlarının pozulduğu iddia edilir.

Burda diqqətçəkən məqam AB-nin ruporu rolunu oynayan saytda bu məqalənin yayımlanma tarixidir. Belə ki, iyunun 27-i Ukrayna, Gürcüstan və Moldova AB ilə Assosiativ Sazişə imza atdılar. Rusiyaya doğru uzanan regionda Ermənistan da öz seçimini Moskvaya doğru edib. Yerdə qalan və əsas faktor rəsmi Bakının kimin yanında olmasıdır. Halbuki Azərbaycan uzun müddətdir apardığı balans siyasətini qoruyur, yəni heç kimin yanında olmaq istəmədiyini bildirir. Qoşulmama Hərəkatının üzvü olmaqla da bu siyasətini gücləndirib. Amma Avropanın enerji təhlükəsizliyindəki rolundan da boyun qaçırmır, buna paralel olaraq Rusiya ilə da münasibətləri qoruyur. Lakin bu, tərəflərə sərf edirmi?

Rusiya hazırda Bakının balans siyasətindən razı görünür, Avropa da üzdə bir söz demir, amma görünür, Qərb Azərbaycanı da yanına çəkməkdə israrlıdır. Bunun üçünsə ən yaxşı vasitə klassik insan haqları təzyiqləridir ki, AB-nin saytında yayımlanan bu məqalənin məqsədi burada aydınlaşır.

Asif

Oxumağa davam et
Reklam
Reklam

Gündəm