“Qarabağ Azərbaycanın ayrılmaz hissəsidir” - Gennadi Züqanov
Bizi izləyin

Nida.az

“Qarabağ Azərbaycanın ayrılmaz hissəsidir” - Gennadi Züqanov

“Dağlıq Qarabağ Azərbaycanın ayrılmaz hissəsidir. Azərbaycanın tarixi torpaqları gec-tez özünə qayıdacaq”.

Publika.az-ın məlumatına görə, bu sözləri Rusiya Kommunist Partiyasının sədri Gennadi Züqanov bəyan edib.

Rusiyalı partiya sədri G.Züqanov daha sonra bildirib ki, o, Azərbaycanın ərazi bütövlüyünü keçmiş SSRİ-də olan sərhədlərlə tanıyır və qəbul edir:

“Mən Azərbaycanda səfərdə olanda bu ölkənin necə tez dəyişməsinin və inkişaf etməsinin şahidi olmuşam. Bakı çox gözəl və müasir şəhərə çevrilib. Azərbaycanla bağlı mənim xatirələrim çoxdur. Hətta mənim atam Böyük Vətən müharibəsi dövründə döyüşdə yaralanmış və Bakıda müalicə olunmuşdu. Bakıda müalicə alıb sağaldıqdan sonra isə atam yenidən müharibəyə yollanmışdı. Bu baxımdan da Bakı mənim üçün yaddaqalan şəhərdir”.

Vasif Həsənli

Oxumağa davam et
Reklam
Reklam

Gündəm