Qərb və Rusiya Bakıdan nə istəyir? - Qarabağla bağlı şok açıqlama
Bizi izləyin

Nida.az

Qərb və Rusiya Bakıdan nə istəyir? - Qarabağla bağlı şok açıqlama


Sabiq dövlət müşaviri Vəfa Quluzadə Dağlıq Qarabağ münaqişəsinin həlli istiqamətində Rusiya və Qərbin addımları ilə bağlı ilginc açıqlama verib.

V. Quluzadə Publika.az-a açıqlamasında bildirib ki, Qərbin Qarabağ münaqişəsini həll etməsinə Rusiya imkan vermir. Onun sözlərinə görə, Rusiya bu münaqişədən istifadə edib Azərbaycanı Avrasiya İttifaqına gətirmək istəyir: “Lakin bu baş tutmayacaq. Çünki Avrasiya İttifaqına girmək Azərbaycan üçün müstəqilliyini itirməyə bərabər olan addım olar”.
Sabiq dövlət müşaviri Rusiya və Qərbin Azərbaycana münaqişənin həlli ilə bağlı hansı təklif edəcəyini açıqlayıb.

“Əgər bu gün Azərbaycan Prezidenti Sərkisyanla Moskvada görüşsə, Rusiyanın təklifi belə olacaq: Əvvəl Avrasiya İttifaqına girin, sonra müəyyən rayonları azad edərik, ardınca da rus sülhməramlıları bölgəyə yerləşdirilsin. Yəni mərhələli həll variantını təklif edərək. Qərbin təklifi isə belə olacaq: gəlin daşı ətəyinizdən tökün. Biz arxanızda dayanmışıq, sülhə imza atın. Burda da Ermənistan deyəcək ki, mən tamamilə Rusiyanın nəzarətindəyəm, bunu necə edim”, - deyə o vurğulayıb.

V. Quluzadə qeyd edib ki, Rusiya Azərbaycan üçün müxtəlif tələlər qurur, lakin hələlik bu tələlər baş tutmayıb. Onun fikrincə, Azərbaycan ümidini tarixə bağlamalıdır: “Əgər tarix rus imperiyasını yaxın vaxtlarda çökdürsə, Qərb münaqişəni beynəlxalq hüquq normaları əsasında həll edəcək”.

Asif

Oxumağa davam et
Reklam
Reklam

Gündəm