• USD 1,7430 0,00% EUR 1,8487 0,00%
    • GBP 2,1929 0,00% RUB 0,0275 0,00%

Prezidentlərin görüşünə rəsmi münasibət

  • Nida.az
  • 2 İyul 2014 15:55
  • 1 039 Baxış
Prezidentlərin görüşünə  rəsmi münasibət

“Azərbaycan görüş xatirinə görüşlərin keçirilməsini istəmir. Biz görüşlərdən konkretlik istəyirik və danışıqların substantiv şəkildə aparılmasının tərəfdarıyıq”.

Bu barədə Xarici İşlər Nazirliyinin (XİN) mətbuat xidmətinin rəhbəri Elman Abdullayev Publika.az-a açıqlamasında ABŞ dövlət departamentinin köməkçisi Brent Xartlinin Azərbaycan və Ermənistan prezidentlərinin görüşü barədə bəyanatına münasibət bildirərkən deyib.

Onun sözlərinə görə, prezidentlərin ilin sonunda keçirilən görüşündən sonra XİN rəhbərlərinə belə görüşlərin sistematik keçirilməsi tapşırığı verilib: “Lakin təəssüf ki, bu gün Ermənistan substantiv görüşlərin olmasında maraq nümayiş etdirmir və müxtəlif bəhanələrlə bundan qaçır. Bir şeyi anlamalıdırlar ki, müxtəlif bəhanələrlə qaça bilərlər, amma bu məsələlərin əsasında Ermənistanın işğalçılıq siyasəti dayanır. Ermənistan Azərbaycan ərazilərini tərk etməli, bu da sülh prosesinin başlanğıcının əsası olmalıdır. Cənab Prezidentin də qeyd etdiyi kimi, etimad tədbirləri işğal olunmuş ərazilərin boşaldılmasından sonra başlaya bilər. Həmsədrlər də vasitəçilik missiyalarının uğurlu olması üçün buna çalışmalıdırlar və bütün danışıqlar mahiyyət üzərində qurulmalı, konkret nəticələrə söykənməlidir”.

E. Abdullayev qeyd edib ki, Azərbaycan dami olaraq danışıqlarda aydın təkliflərlə çıxış edib.

“Dəfələrlə demişik ki, bütün sülh prosesi ərazilərin azad olunmasından sonra başlamalıdır. Mövcud status-kvo dəyişməlidir. Bu, həmsədr ölkələrin prezidentləri tərəfindən bəyanatlarında da öz əksini tapıb. Həmin bəyanatlar hazırki status-kvonun qəbul olunmazlığını bildirib və dəyişdirilməsinin vacibliyi vurğulanıb. Ermənistan bununla barışmalı və anlamalıdır ki, sülh prosesi erməni hərbi birləşmələrin Azərbaycan torpaqlarından çıxarılması ilə başlaya bilər”-deyə Xİn sözçüsü diqqətə çatdırıb.

E. Abdullayev bildirib ki, Minsk qrupunun üzvü olan ABŞ, Fransa və Rusiya münaqişənin həllinə öz tövsiyələrini ciddi şəkildə verməlidir. Onun sözlərinə görə, bu münaqişənin mövcudluğu bu ölkələrin də maraqlarına uyğun deyil: “Nə qədər ki, bu münaqişə öz həllini tapmayıb, regionun təhlükəsizliyi ciddi təhdid altındadır. ABŞ, Fransa və Rusiya həmin ölkələrdir ki, 1993-cü ildə Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyən, Ermənistanı işğalçı olduğunu göstərən məlum BMT-nin 4 qətnaməsini qəbul ediblər. İşğal fakt həqiqətdir. Beynəlxalq ictimaiyyət nə qədər qətiyyət nümayiş etdirsə, Ermənistana təzyiqlər edilsə, regionumuz bir o qədər təhlükəsiz məkana çevrilə bilər. Əks halda bu gərginliyin davam etməsi təhlükəli istiqamətdir. Çünki bu gərginlik Azərbaycanın işğal olunmuş ərazilərində gedir. Burdan təbii bir sual yaranır. Erməni silahlı qüvvələri işğal olunmuş ərazilərdə nə edir?

Digər tərəfdən, ərazi bütövlüyünün toxunulmazlığı beynəlxalq hüququn ən başlıca prinsiplərindəndir. Əgər bu olmasa beynəlxalq ictimaiyyət funksionallığını davam etdirə bilməz. Qaldı ki, öz müqəddəratını təyin etmə prinsipi, Azərbaycan tərəfi heç vaxt bunun əksinə getməyib. Biz hesab edirik ki, Azərbaycanın Dağlıq Qarabağ bölgəsinin statusu Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həll edilə bilər. Ətrafımızda bunun kifayət qədər nümunəsi var”.

Qeyd edək ki, ABŞ dövlət katibinin köməkçisinin müavini Brent Xartli bildirib ki, Azərbaycan prezidenti İlham Əliyev və Ermənistan prezidenti Serj Sarkisyan Fransa prezidenti Fransua Ollandın dəvətini qəbul edərsə, onlar Parisdə görüş keçirəcək.

Asif Nərimanlı

Xəbər lenti

DAHA ÇOX XƏBƏR