“Ordumuzun Tavuş əməliyyatı” - şok xəbər...
Bizi izləyin

Nida.az

“Ordumuzun Tavuş əməliyyatı” - şok xəbər...

Azərbaycan Silahlı Qüvvələrinin dünən Ermənistanın Tavuş vilayətinin Ayqepar kəndi istiqamətində hücuma keçərək erməni ordusunun döyüş postlarından birini tutması Rusiyanın planıdır.

Publika.az xəbər verir ki, bu iddia ilə erməni mediası çıxış edib. İddialara görə, Moskva Bakıdan Ermənistanı qorxuya salacaq əməliyyat keçirməyini istəyib.

“Bakı Moskva ilə bir sıra məsələlərdə razılığa gəlib. Moskvanın Azərbaycanın neytrallığına toxunmayacağı şərtilə, Azərbaycan tərəfi bəzi xahişləri qəbul edib. Tavuş vilayətinə Azərbaycan diversiya qrupunun hücumu da bu xahişlərdən biridir. Rusiya Ermənistana onsuz heç nə olduğunu göstərmək istəyir”- deyə erməni mediası iddia edib.

Qeyd edək ki, Azərbaycan Müdafiə Nazirliyi tavuş əməliyyatı ilə bağlı xəbərləri artıq təkzib edib.

Asif

Oxumağa davam et
Reklam
Reklam

Gündəm