ABŞ-dan Azərbaycana “İŞİD təhlükəsi” açıqlaması
Bizi izləyin

Nida.az

ABŞ-dan Azərbaycana “İŞİD təhlükəsi” açıqlaması

“İŞİD faktoru Qafqaz üçün gələcəkdə təhlükəyə çevrilə bilər, hansı ki, bu gün Suriya və İraqdakı “cihad” qruplarında azərbaycanlı və Şimali Qafqazda olan xeyli sayda döyüşçü var”.

Publika.Az xəbər verir ki, bu barədə “Stratfor” beyin mərkəzinin İŞİD-lə bağlı analiz yazısında qeyd edilir.

Bildirilir ki, bütövlükdə Qafqazda Gürcüstan və Ermənistan din faktoru baxımından cihadçı islam qruplarından uzaqdır: “Hər-halda bu ölkələrin vətəndaşları belə qruplara meylli deyil. Azərbaycan və Şimali Qafqazın müsəlman əhalisi isə bu qruplara meylidir və bu gələcəkdə Bakı ilə Moskvanın başağrısına çevriləcək. Bir məqamı da unutmaq lazım deyil. Azərbaycan və Şimali Qafqazda radikalizmin genişlənməsi bunun Gürcüstan və Ermənistana da sıçraması ehtimalını gücləndirir”.

Mərkəz onu da bildirir ki, İŞİD-in xilafət elanı indiyə qədər “öz yuvalarında gizlənən” cihada meylli insanları ruhlandırır.

“Onlar “yuvalarından” çıxa və eyni şeyi öz ölkələrində də istəyə bilərlər. Bu isə potensial təhlükə deməkdir”-deyə qeyd edilir.

Bu təhlükəyə qarşı ABŞ-ın da yumşaq davranmağa haqqı çatmadığını bildirilir.

Asif

Oxumağa davam et
Reklam
Reklam

Gündəm