• USD 1,7430 0,00% EUR 1,8487 0,00%
    • GBP 2,1929 0,00% RUB 0,0275 0,00%

AŞ PA Bürosunun iclası keçirilib

  • Nida.az
  • 27 Yanvar 2014 13:37
  • 535 Baxış
AŞ PA Bürosunun iclası keçirilib

Bu gün Avropa Şurası Parlament Assambleyasının (AŞPA) Bürosunun iclası keçirilib.Trend-in məlumatına görə, Azərbaycanın AŞPA-dakı nümayəndə heyətinin sədri Səməd Seyidov jurnalistlərə bildirib ki, bu gün AŞPA-nın qış sessiyasının açılış iclasında iki namizəd prezidentliyə iddialı olacaq.

Onun sözlərinə görə, bu, AŞ-nin müasir tarixində tamamilə yeni bir hadisədir: "Doğrudan da çox vacib bir məsələdir. AŞPA üzvləri iki namizəd arasında öz seçimlərini etməlidirlər. Əminəm ki, Azərbaycan nümayəndə heyəti daha obyektiv, reallıqları daha konkret başa düşmək qabiliyyətinə malik olan və Avropanın 47 ölkəsini birləşdirən bir namizədə öz münasibətini bildirəcək. Bunu gözləmək lazımdır və əminəm ki, bu gün biz AŞ PA sədrinin adını biləcəyik".

Azərbaycanın AŞ Nazirlər Komitəsinə sədrliyi çərçivəsində Avropa Şurası ilə Fəaliyyət planına toxunan S.Seyidov qeyd edib ki, bununla bağlı məsələlər müzakirə olunur: "Artıq bu məsələlər müzakirə olunur. Müzakirələr davam edir. Bununla əlaqədar bizim AŞ yanında Daimi Nümayəndəliyimiz və bizim AŞ yanında səfirimiz, o cümlədən millət vəkillərimiz konsultasiyalar aparırlar. Azərbaycan üçün əhəmiyyətli olan məsələlər Fəaliyyət Planı adlanan sənədə daxil ediləcək. Azərbaycanla AŞ arasında belə bir Fəaliyyət Planı müzakirə edilir".

S.Seyidov bildirib ki, bu il mayın sonunda AŞPA-nın Daimi Komitəsinin iclasının Bakıda keçirilməsi üçün artıq hazırlıq işlərinə başlanıb.

Xəbər lenti

DAHA ÇOX XƏBƏR