• USD 1,7339 0,00% EUR 1,8516 0,00%
    • GBP 2,1859 0,00% RUB 0,0272 0,00%

Mehriban Əliyeva 2013-cü ilin ən aktiv millət vəkili oldu - SORĞU

  • Nida.az
  • 27 Yanvar 2014 13:45
  • 1 235 Baxış
Mehriban Əliyeva 2013-cü ilin ən aktiv millət vəkili oldu - SORĞU

“Ağ Yol” Vətəndaş Hərəkatı 2013-cü ilin media və sosial şəbəkələr üzrə ən aktiv millət vəkillərinin seçilməsi ilə bağlı sorğu keçirib.

“Facebook” sosial şəbəkəsində keçirilən sorğuya əsasən Milli Məclisin 10 üzvü ən aktiv millət vəkili olaraq seçilib. “Ağ Yol” qeyd edib ki, hər bir millət vəkili öz fəaliyyətində ictimaiyyət üçün açıq olmalıdır. Onlar seçiciləri qarşısında verdiyi vədlərə əməl etməli və öz fəaliyyətini KİV-də və sosial şəbəkələrdə geniş şəkildə işiqlandırmalıdır.

Geniş müzakirəyə səbəb olan sorğuda bəzi millət vəkillərinin ictimaiyyətə və mediaya qapalı olduqları təəssüflə vurğulanıb. Keçirilən sorğuya görə sosial şəbəkələrin ən aktiv millət vəkili Heydər Əliyev Fondunun prezidenti, UNESKO və İSESKOnun xoşməramlı səfiri Mehriban xanım Əliyeva olub. Ölkənin 1-ci xanımı Mehriban Əliyevanın “facebook” səhifəsinin üzvləri 100.000 nəfərdən artıqdır. Eyni zamanda Heydər Əliyev Fondunun da “ facebook” səhifəsi da var ki, bu səhifə də bir çox xususiyyətlərinə görə “facebook”un ən aktiv səhifələrindən hesab olunur.

Bundan sonrakı pillədə millət vəkili Rövnəq Abdullayev dayanır. Rövnəq Abdullayevin “facebook” profili və onun rəhbərlik etdiyi SOCARın “facebook” səhifələri “facebook”un ən aktiv səhifələrindəndir.

Millət vəkilləri Qənirə Paşayeva və Azay Quliyev sosial şəbəkələrdəki aktivliyinə görə növbəti pillələrdədir.

Qənirə Paşayevanın “facebook” profili abunəçilərinin sayına görə ən iri profillərdən hesab olunur. Xanım millət vəkili bu profilindən gündəlik paylaşımlar edir. Millət vəkili Azay Quliyevin də “facebook” profili və səhifəsi aktiv olaraq gündəlik fəaliyyət göstərir. Millət vəkilinin rəhbərlik etdiyi Prezident yanında QHT- lərə Dövlət Şurasının da “facebook” səhifəsi və profili də sosial şəbəkələrdə aktivdir.

Bundan sonrakı pillələri ardıcıl olaraq Adil Əliyev, Fazil Mustafa, Aydın Mirzəzadə, Əli Məsimli, Zahid Oruc, Fuad Muradov bölüşür.

“Ağ yol” bundan sonra fəaliyyətsiz millət vəkilləri ilə bağlı sorğu keçirəcək. Sorğu parlamentin ən passiv, eyni zamanda, mətbuata və ictimaiyyətə qapalı olan, sosial şəbəkələrdə görünməyən millət vəkillərini aşkarlamağa xidmət edəcək. Sorğu sosial şəbəkələrdə müzakirəyə çıxarıldıqdan sonra onun da nəticələri ictimaiyyətə açıqlanacaq.

Xəbər lenti

DAHA ÇOX XƏBƏR