• USD 1,7339 0,00% EUR 1,8297 -1,20%
    • GBP 2,2001 +0,65% RUB 0,0270 -0,74%

Azərbaycanlılar Göyçəni tutacaq və forel dadacaqlar - İddia

  • Nida.az
  • 3 İyul 2014 10:59
  • 2 733 Baxış
Azərbaycanlılar Göyçəni  tutacaq  və  forel dadacaqlar - İddia

(Yazının müəllifi Rusiyanın Ermənistandakı keçmiş səfiri Vladimir Stupişindir)

Mənim Ermənistandakı missiyam. 1992-1994-cü illər. Rusiyanın ilk səfirinin xatirələri. Nəşriyyat Academia, Moskva, 2001.

“Krasnoselsk şəhəri sərhəddən 4-5 metr uzaqlıqda yerləşir. Dağda oturmuş tuşlayıcılar tərəfindən düşmən atəşinin qarşısı alınır. Vəziyyətlə yerində tanış olmaq üçün oraya uçmaq lazımdır. Müdafiə nazirinin müavini Norat Qriqoryeviç Ter-Qriqoryantsın əmri ilə raketlə silahlanmış Mİ-8 hərbi vertolyotu mənim öhdəliyimə verildi.

Biz oraya birbaşa uçmadıq. Hərbi qərargah atəşin dayanmasını gözləyirdi. Krasnoselsk şəhəri və ətraf kəndlərində qrad atılır, toplardan və tankdan atəş açılırdı. Çörəkxana, su maşını, elektrostansiya partladılmışdı, xəstəxana, raysovet, yaşayış evləri, küçələr və insanlar atəşə tutulurdu. Şəhərdə heç bir hərbi baza olmasa da, hər şey nişana alınırdı.

İlk növbədə qadın və uşaqları qorxudub şəhəri tərk etməyə vadar etmək üçün atəş açılırdı. Azərilər Sevana (Göyçə - red.) çıxmaq istəyirdi. Onların başçısı belə bir əmr vermişdi. Elçibəy hakimiyyətə gəldiyi vaxt 3 ay müddətində Sevan gölünün ətrafında oturaraq göldən tutulmuş forel balığının dadına baxmağı özünə söz veribmiş. Alınmadı, lakin o öz məqsədindən də geri dönmədi. Onun üçün əsas məqsəd, əlbəttə ki, forel balığı deyildi. Məqsəd Ermənistan torpağında sərhədlə Sevan arasında nazik xətt kəsmək, Zəngəzura şimaldan təhlükə yaratmaq idi. Krasnoselsk kəndinə atəş açmağa 1992-ci ilin aprel ayından başlayıblar. Sonradan yayda atışmanı bərpa elədilər. Dekabrda isə atışmaların növbəti mərhələsi başlandı. Mənim gəlişimdən bir gün əvvəl atəş səslər daha çox eşidilirdi.

Əlli nəfər həlak olmuş, yüz nəfər yaralanmışdı. Ermənilər müdafiə olunmağa başlamışdılar. Dini qadağalara baxmayaraq, hətta dinc malakanlar da müharibəyə getməyə hazır idi. Təcavüzçünün həyasızlığı hiddət doğurur və mən bu hadisələri televiziya kanalları qarşısında gizlətmirdim, söyləyirdim. Ona görə gizlətmirdim ki, “Vesti” (Rusiyada xəbərlər proqramı) rus televiziya izləyicilərinə bu xəbəri çatdırsın.

Və onlar bunu dekabrın 31-də etdilər, məni xarabalıqda, qadın və uşaqları zirzəmidə, təzə ölüləri meyitxanada belə bir başlıq altında göstərdilər: “Bura hərbi baza yox, yaşayış yeridir”. Azərbaycan tərəfi həqiqət, ədalət, insanın yaşaya biləcəyi hər bir bəsit şeyə qarşı antimilli müharibə aparırdı. Yanvarın 1-i “Ostankino” (Rusiyanın birinci kanalı) bu süjeti bir daha təkrar göstərdi. Kadrlarda bizə necə güllə atdıqları düşməmişdi. Şəhərin içində maşında bombardman edilmiş ərazilərə baxarkən bizim maşının arxasında çox güclü səslər eşidilməyə başlandı. Raysovetdə mer Zare Sarkisyan və yerli əhali ilə söhbət edərkən gurultu səsləri getdikcə artmağa başlayırdı. Daha təcrübəli olan Kolya Kalinkin taleyimizlə oynamamağı və zirzəmiyə getməyi təklif etdi. Orada məni keşişin başçılığı altında malakanlar, erməni qadınları, uşaqları və kişiləri əhatə elədi. Hansısa manqa yaxınlaşaraq hərbi sursatlarının bitməsi və necə müdafiə olunacaqları barədə qışqırırdı. Qadınlar ağlayaraq eyni şeyi deyirdilər: “Rusiya haraya baxır, nəyə görə kömək etmir?”. Mən onlara nə vəd edə bilərdim? Yalnız bir şey: rus rəhbərliyinə gördüklərim və eşitdiklərim haqda mütləq xəbər verəcəm. “Ermənistanın Səsi” müxbirinə dedim:

- Başqalarının həyatını qurban vermək, qadın və uşaqları zirzəmiyə qovmaq, vətəndaş obyektlərini dağıtmaq, onları susuz, işıqsız, çörəksiz qoymaq kimi bir ideya yoxdur. Yox, əgər belə bir ideya varsa, o zaman bu cinayətkar ideyasıdır.

- Sizin səfəriniz Moskvada narazılıq yaratmır ki?

- Qoy məni çağırsınlar. Onlara hər şeyi danışacam...

Getdikcə hava qaralırdı. Vaxt limiti bitmək üzrə idi. Biz ilişib qalmaq “şansı” əldə edə bilərdik. Buna görə, iki ağır yaralını özümüzlə götürməklə geri qayıtmaq qərarına gəldik. Yaralının birini apara bilmədik. Yerevana enməyimizə 5 dəqiqə qalmış o, vəfat etdi. O, həmin gün üçün 12-ci qurban idi.

Aviasiyanın köməkliyi ilə Azərbaycanın motoatıcı bölməsi Krasnoselsk şəhərinin ərazisinə daxil oldu, Vahan kəndini dağıtdı, yerli əhalini qətlə yetirdi. Ermənistanın Daxili İşlər Nazirliyi etiraz edərək Azərbaycanın təxribatından nəinki ermənilərin, hətta hər iki ölkə sərhədində yaşayan rusların da əziyyət çəkməsini bildirdi. Azərbaycan Respublikasının Gədəbəy rayonunun Novo-İvanovka və Novo-Saratovka malakan kəndləri yaxınlığında, yayda azərbaycanlılar tərəfindən zəbt olunmuş Ermənistan anklavı olan Artsvaşen yerləşirdi. Həmin malakanların yaşadığı yerə Elçibəy təxribatçıları uzaqvuran silah, minomyot yerləşdirdilər və oradan birbaşa Krasnoselsk rayonunun yaşayış məskənlərinə atəş açmağa başladılar. Hesab aydın idi: rus kəndlərinə görə ermənilər cavab atəşi açmağa çəkinirdi. Ermənilər, həqiqətən də, atəş açmağa ehtiyat edirdilər, ona görə də, onlar səfirlik vasitəsilə rus hökümətinə müraciət edərək “Azərbaycan tərəfdən təxribatçı hərəkətlərin qarşısını almaq üçün fövqəladə ölçü götürməyi xahiş edirdi”. Mən bu müraciəti dekabrın 25-də aldım və Təhlükəsizlik Şurası, Ali Şura, Müdafiə Nazirliyi və Daxili İşlər Nazirliyinə ünvanlayaraq məlumatı Moskvaya ötürdüm.

Tərcümə:

Camalə

(Davamı var)

Xəbər lenti

DAHA ÇOX XƏBƏR