Qərb Bakıda “bufer zona” yaradır - Şok
Bizi izləyin

Nida.az

Qərb Bakıda “bufer zona” yaradır - Şok

Qərb və Rusiya qarşıdurması müstəvisində gözlər Bakıya dikilib. Bakı kimin yanında olacaq?

Azərbaycan öz seçimini edib, hər kəslə eyni məsafəni saxlayacaq. Lakin bu nə Qərbi, nə də Rusiyanı qane edir, tərəflər Azərbaycan üzərində oyunlarına davam edirlər. Belə görünür ki, Moskva Bakının neytrallığından razıdır, hər halda, indiki məqamda bu vəziyyət Kremlə sərf edir. Qərbin bu neytrallıqdan razı qaldığını isə demək bir qədər çətindir. Lakin bu narazılıq rəsmi formada özünü büruzə vermir. Rəsmi müstəvidə hər şey diplomatik etiket qaydaları çərçivəsində cərəyan edir. Amma bu, Qərbin prosesi sakit izləməsi də demək deyil. Bakı dalanlarında baş verənlər də buna əsas yaradır.

Bir neçə gün öncə Milli Şuranın təşəbbüsü ilə Assosiativ Sazişə dəstək bəyannaməsi qəbul edildi. Bəyannamənin altına atılan imzalar, demək olar ki, ölkənin müxalif düşərgəsini əhatə edirdi. Bu ilk baxışdan, müxalifətin xüsusilə ötən seçki dövründə “Rusiyanın layihəsi” ləkəsini üzərindən təmizləmək baxımından Qərbə “irişməsi” kimi görünürdü. Lakin ardınca Müsavat Partiyasının Avroatlantik məkana inteqrasiyasının zəifləməsinə etiraz bəyanatı müəyyən ehtimallara yol açdı. Partiya Ukrayna, Moldova və Gürcüstanın avroaddımını əsas gətirərək Azərbaycanın da eyni yolu getməsi çağırışını edir.

Bunun, sadəcə, dəyərlərə xidmət kimi dəyərləndirmək sadəlövhlük olardı. Axı söhbət regionda əsas mərkəz olan Azərbaycanın seçimindən gedir. Hansı ki, bu seçim bölgənin geosiyasi xəritəsini tamamilə dəyişə bilər. Bu baxımdan, hər iki müxalif qüvvənin avrointeqrasiya çağırışının Qərbdən gəldiyi ehtimalını gücləndirir. Qərb bununla Azərbaycanda “bufer zona” yaradır və rəsmi Bakıya “ölkəndə siyasi qüvvələr bizi istəyir” mesajını ötürür.


Asif Nərimanlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm