Kreml Söyün Sadıqovu niyə “vurdu”? - Şok detallar
Bizi izləyin

Nida.az

Kreml Söyün Sadıqovu niyə “vurdu”? - Şok detallar

Bakıda Kremlin adamı kimi ad çıxaran Söyün Sadıqov Rusiya prezidenti yanında Millətlərarası Münasibətlər Şurasının yeni tərkibində yer almadı.

Onun yerinə vaxtilə rəhbəri olmuş “AzərRos” Federal Milli Muxtariyyətinin prezidenti Asif Məhərrəmov təyin edildi.



Asim Məhərrəmov kimdir?

Bu şəxs Rusiya Daxili İşlər Nazirliyinin zabitidir. Rütbəsi polkovnikdir. Vaxtilə Moskvaətrafı rayonlardan birində yerləşən 6 saylı Polis İdarəsinin rəisi olub. Lakin hüquq mühafizə orqanında çalışdığı üçün haqqında ətraflı məlumat yoxdur.

Burada diqqət çəkən məqam onun Rusiyada “Milyarderlər ittifaqı” kimi tanınan Ümumrusiya Azərbaycan Təşkilatları İttifaqının (ÜATİ) rəhbərliyində təmsil olunmasıdır. Onun ötən il “AzərRos”a prezident təyin olunması isə qalmaqalla yadda qaldı. Belə ki, “AzərRos” Ağsaqqallar Şurasının sədri, Azərbaycanın baş nazirinin sabiq birinci müavini Abbas Abbasovun tövsiyəsi ilə namizədliyi irəli sürülən A. Məhərrəmov seçilməsinə qurumda qarşı çıxanlar da olmuşdu. Etirazçıların S. Sadıqova yaxın olduğu deyilirdi.


Sadıqovun “vurulmasında” “AzərRos” izi


Moskvadakı Azərbaycan diasporundan Publika.az-a Söyün Sadıqovun əvəzlənməsi haqda maraqlı məlumatlar daxil olub.

Mənbə bildirir ki, “AzərRos”da son seçkilərdən sonra S. Sadıqovla qurum arasında ciddi münaqişə yaranmışdı: “Xüsusilə qurumdakı Sadıqovçular yeni rəhbərliyə tabe olmaq istəmirdilər.Sonradan Abbas Abbasovun müdaxiləsi ilə “atəşkəs” elan olundu. Həmin qalmaqalda Sadıqovun imici xeyli zəiflədi və Rusiya hökumətindəki əlaqələri də zərər gördü. Məlumatlar var ki, S. Sadıqovun əvəzlənməsində “AzərRos” rəhbərliyinin də rolu böyük olub”.

Kreml Söyün Sadıqovdan niyə razı qalmayıb?


Lakin mənbə başqa səbəblərin də olduğunu istisna etmir. Belə ki, Kremlin Sadıqovu “vurması” daha çox onun işi ilə bağlıdır.

“Yəni uğursuzluqlar bura gətirib çıxartdı. Çünki Rusiyada yaşayan azərbaycanlıların rəsmi üzü olaraq “AzərRos” fəaliyyət göstərir. Lakin azərbaycanlıların təşkilatlanması və müəyyən proseslərdə önə çəkilməsi işi “qara iş” olaraq Sadıqova tapşırılmışdı. Hansı ki, son prezident seçkilərində Azərbaycana qarşı təzyiq vasitələrinin necə hazırlandığını hamımız bilirik. Onun son işi Rusiyadakı azərbaycanlılar arasında antiavropa təbliğatının aparılması idi. Görünür bunu bacarmayıb”, -deyə mənbə qeyd edib.

Qeyd edək ki, bir neçə ay öncə Publika.az-da dərc olunan xəbərdə deyilirdi ki, Rusiya Azərbaycan diasporunu təşkilatlandırmağa yenidən başlayıb. Diaspor bazarlardakı azərbaycanlı miqrantlar arasında təbliğat aparmalı, antiavropa ruhu formalaşdırmalıdır. Əsas məqsəd Azərbaycanda onlardan ibarət rus düşüncəli təbəqənin genişləndirilməsidir. Təbliğat əsasən bazarda çalışan azərbaycanlı qruplarda bir nəfər tərəfindən aparılır və o əvvəldən seçilir. Təbliğatın forması “bazar söhbətləri”, yəni hər-hansı “tema”dan danışmaq lazım gəldiyində söhbət məhz azərbaycanlıların Rusiyada dolanışığı, ailələrinin yaşaması üçün lazım olan pulun məhz bu torpaqlarda qazanılması, söhbətin siyasiləşdirilməsidir.

Mənbə bildirirdi ki, Yanukoviçin Kiyevdən qovulmasından sonra Rusiya Prezidenti yanında Millətlər Şurasının qapalı iclası keçirilib. Həmin iclasda Ukrayna məsələsi, yəni birbaşa Krım müzakirə mövzusu olub. Lakin Azərbaycana dair də bəzi məsələlər müzakirə olunub. Bazarlardakı təbliğat da məhz həmin iclasda sonra başlayıb. Məlumatlara görə, iclasda Azərbaycanlılardan Söyün Sadıqov (onda hələ əvəzlənməmişdi-red) və Arif Kərimov iştirak edib. Həmçinin Moskvadakı talışəssili azərbaycanlıların bir nümayəndəsinin də iştirakçılar arasında olduğu deyilir.

İddia olunurdu ki, Krımdan sonra əsas hədəf Azərbaycan olacaq. Məqsəd Azərbaycanın mümkün qədər loyallaşdırmaqdır. Bunun üçünsə təzyiq rıçaqları yenidən işə salınır. “Həmişə kimi Azərbaycanı miqrant və etnik kartla vurmağa hazırlaşırlar” deyə mənbə vurğulayırdı.



Baş tutmayan “Borçalı layihəsi”


Moskvadakı mənbə onu da qeyd edib ki, ötən il S. Sadıqova həvaslə edilmiş “Borçalı layihəsi” də uğursuz alındı. Məlumat üçün bildirək ki, S. Sadıqov Gürcüstanda yaşayan azərbaycanlılardan “Borçalı Partiyası” yaratmaq planları var idi. Plana görə, Borçalı muxtariyyəti yaradılacaq və bundan Azərbaycanla Gürcüstana qarşı istifadə olunacaqdı. Lakin bu plan baş tutmadı.


Asif Nərimanlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm