BAXCP-dən Məhəmməd Əmin Rəsulzadə ilə bağlı QƏRAR
Bizi izləyin

Nida.az

BAXCP-dən Məhəmməd Əmin Rəsulzadə ilə bağlı QƏRAR

Eyni zamanda, yanvarın 31-də Məhəmməd Əmin Rəsulzadənin Novxanıda yerləşən büstünün ziyarət olunması, BAXCP-nin mərkəzi qərargahında isə elmi-praktik konfransın keçirilməsi qərara alınıb.

Bu gün Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyası (BAXCP) İdarə Heyətinin növbəti toplantısı keçirilib.BAXCP mətbuat xidmətindən Publika.Az-a verilən məlumata görə, İdarə Heyətində ilk olaraq qərarların icra vəziyyəti və ölkədəki ictimai-siyasi durum müzakirə olunub.

Daha sonra Azərbaycan Xalq Cümhuriyyətinin qurucusu Məhəmməd Əmin Rəsulzadənin 130 illiyinə hazırlıqla bağlı partiyanın əlaqədar qurumlarına tapşırıqlar verilib.

Eyni zamanda, yanvarın 31-də Məhəmməd Əmin Rəsulzadənin Novxanıda yerləşən büstünün ziyarət olunması, BAXCP-nin mərkəzi qərargahında isə elmi-praktik konfransın keçirilməsi qərara alınıb.

Vasif Həsənli

Oxumağa davam et
Reklam
Reklam

Gündəm