• USD 1,7369 0,00% EUR 1,8716 +0,49%
    • GBP 2,1974 -0,10% RUB 0,0274 +0,73%

Milli Şura hökumətə yerlə bağlı bu ay müraciət edəcək

  • Nida.az
  • 3 İyul 2014 15:46
  • 306 Baxış
Milli Şura hökumətə yerlə bağlı bu ay müraciət edəcək

Milli Şura sessiya keçirmək üçün yer məsələsi ilə bağlı hökumətə bu ay müraciət edəcək.

Bu barədə Milli Şuranın Koordinasiya Şurasının üzvü Vidadi Mirkamal Publika.az-a açıqlamasında deyib. Onun sözlərinə görə, hazırda Milli Şuranın fəaliyyəti KŞ səviyyəsində davam edir: “Toplantılar keçiririk, qərarlar qəbul edirik. Gündəlik fəaliyyətimiz davam edir. Amma sessiyanın keçirilməsi üçün yer problemimiz var. Bununla bağlı hökumətə müraciət etmək üçün aramızda razılığa gəlmişik, Koordinasiya Şurasında müzakirə aparmışıq. Hələlik məsələ qərara bağlanmayıb. Qərar veriləndən sonra bu ay ərzində müvafiq qurumlara müraciət edəcəklər”.

Qeyd edək ki, YAP icra katibinin müavini, millət vəkili Siyavuş Novruzov bununla bağlı Publika.az-a bildirmişdi ki, hökumət Milli Şuraya yer vermək borcunda deyil: “Bakıda kifayət qədər özəl yerlər var, icarəyə götürüb sessiyalarının keçirdə bilərlər”.

V. Mirkamal isə bildirir ki, özəl yerlər də onlara yer vermək istəmir.
“Hökumətə edəcəyimiz müraciətdə bu məsələni də qeyd edəcəyik”-deyə qurumun üzvü qeyd edib.

Asif

Xəbər lenti

DAHA ÇOX XƏBƏR