Milli Şura ilə KXCP-dən qarşılıqlı ittihamlar- Qalmaqal
Bizi izləyin

Nida.az

Milli Şura ilə KXCP-dən qarşılıqlı ittihamlar- Qalmaqal

Milli Şura ilə bu qurumda təmsil olunan KXCP arasında yeni qalmaqal başladı. Səbəbsə qurumun sessiyasının keçirilməsi üçün yerdir.

Milli Şuranın Koordinasiya Şurasının üzvü Vidadi Mirkamal Publika.az-a bildirib ki, sessiyanı KXCP-nin qərargahında özləri keçirmək istəmir: “Bu partiyanın Milli Şuraya münasibəti bəllidir. Bu məsələni qabartmaq istəmirəm.

Amma bir dəfə KXCP çıxmaq məsələsini gündəmə gətirdi. Bizə çatan məlumatlara görə, bu səbəbsiz deyildi. Əgər növbəti dəfə KXCP-nin qərargahında sessiya keçirsək, eyni məsələni yenə qaldıracaqlar. Biz daha sakit, qalmaqalın olmadığı yerdə keçirmək istəyirik”.


KXCP isə bununla razılaşmır və Milli Şuranı ittiham edir. Partiya sədrinin müavini Xəzər Teyyublu Publika.az-a bildirib ki, bu yanlış mövqedir. Onun sözlərinə görə, KXCP bütün qərargahı olmayan siyasi qurumlara, eləcə də Milli Şuraya yerlə bağlı imkan yaradır: “Hətta bildirmişik ki, KXCP Milli Şurada olmasa da, sessiyalarının bizim qərargahımızda keçirə bilərlər. Amma nədənsə Milli Şura müxtəlif üzvləri səviyyəsində bu cür mövqe sərgiləyir. Biz heç bir səbəb axtarmırıq və heç bir problemimiz yoxdur”.

X. Teyyublu onu da qeyd edib ki, əgər Milli Şura yenə də bir partiya hesabına genişlənsə, buna etiraz edəcəklər.
“KXCP hesab edir ki, Milli Şuranın genişlənməsi burda təmsil olunmayan siyasi təşkilatlar, ziyalılar, ictimai xadimlər hesabına baş verməlidir. Yoxsa, hansısa partiya yüzlərlə üzvünü gətirib bura doldurmalı deyil. Milli Şura ötən prezident seçkilərində bundan da geniş tərkiblə qatılmışdı.

Amma gedə bildiyimiz yer bəlli oldu. Güclü olduqmu? Xeyr. Bundan sonra hansısa partiyanın üstünlüyünü qəbul etmirik və biz buna etiraz etmişik. Bunu arqument gətirib KXCP-nin qərargahında sessiya keçirməmək mövqeyi Milli Şura üçün tamamilə səhvdir”-deyə X. Teyyublu bildirib.

Asif

Oxumağa davam et
Reklam
Reklam

Gündəm