Azərbaycana silah qadağası
Bizi izləyin

Nida.az

Azərbaycana silah qadağası

Böyük Britaniya Azərbaycana və Ermənistana qarşı hərbi avadanlıq satışına qoyduğu embarqonu davam etdirəcək.

ANS PRESS-in məlumatına görə, Böyük Britaniya hökuməti ölkədən ixrac və ticarət lisenziyalarını araşdırdıqdan sonra bu barədə bəyanat verib. Bəyanatda vurğulanır ki, alınan silah Azərbaycanın Dağlıq Qarabağ bölgəsində və Ermənistan - Azərbaycan sərhədində işlədilə bilər.

Bu barədə bəyanatı Böyük Britaniyanın Avropa işləri üzrə dövlət naziri Devid Lidinqton səsləndirib.

Onun sözlərinə görə, Cənubi Qafqaz Böyük Britaniya üçün strateji bölgədir. “2012-2013-cü illərdə Azərbaycan və Ermənistan arasında sülhün bərqarar olması üzrə layihələrə 1,245 mln. funt sterlinq xərcləyib”, - deyə Devid Lidinqton vurğulyayıb.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm