Şeyx Suriyada həlak olan azərbaycanlılarla bağlı müraciət edəcək
Bizi izləyin

Nida.az

Şeyx Suriyada həlak olan azərbaycanlılarla bağlı müraciət edəcək

İclasda bir çox dini məsələlər, o cümlədən son günlər artmaqda olan dini ekstremizm, o cümlədən Suriyada döyüşən və həlak olan azərbaycanlılarla bağlı müzakirələrin keçirilməsi gözlənilir. İclasın sonunda Qafqaz Müsəlmanları İdarəsinin müraciəti də olacaq

Sabah saat 11.00-da Təzə Pir məscidində Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri Hacı Şeyxülislam Allahşükür Paşazadə geniş tərkibli iclas keçirəcək. Bu barədə Publika.Az-a açıqlamasında QMİ-nin sədr müavini, Bakı İslam Universitetinin dekanı Hacı Fuad Nurulla məlumat verib.

Onun sözlərinə görə, iclasda Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin və digər dövlət orqanlarının rəsmiləri, Milli Məclis üzvləri dəvət olunublar: “İclasda bir çox dini məsələlər, o cümlədən son günlər artmaqda olan dini ekstremizm, o cümlədən Suriyada döyüşən və həlak olan azərbaycanlılarla bağlı müzakirələrin keçirilməsi gözlənilir. İclasın sonunda Qafqaz Müsəlmanları İdarəsinin müraciəti də olacaq”.

Vasif Həsənli

Oxumağa davam et
Reklam
Reklam

Gündəm