Səfir planlaşdırılan Paris görüşündən DANIŞDI - ÖZƏL
Bizi izləyin

Nida.az

Səfir planlaşdırılan Paris görüşündən DANIŞDI - ÖZƏL

Azərbaycanın Fransadakı səfiri Elçin Əmirbəyov Fransa prezidenti Fransua Ollandın Azərbaycan və Ermənistan prezidentlərinin Parisdə planlaşdırılan növbəti görüşünün təşkil edilməsi barədə təklifini şərh edib.

Səfir E.Əmirbəyov Publika.az-a açıqlamasında deyib:

“Dəqiq tarixini bilmirəm. Fransa prezidenti belə bir təşəbbüslə çıxış edib. Ancaq hələlik heç bir detallar yoxdur”.

Diplomat Azərbaycan və Ermənistan prezidentlərinin gözlənilən görüşünün bu ayın sonunda təşkil olunması barədə yayılan xəbərlərə də toxunub:

“Mənim bundan hələlik xəbərim yoxdur. Biz rəsmi olaraq məlumat almamışıq”.

Xatırladaq ki, belə bir görüşün təşkilini Fransa Prezidenti Fransua Olland Ermənistana səfəri zamanı təklif etmişdi.

ABŞ dövlət katibi köməkçisinin müavini Brent Hartli isə bildirmişdi ki, Azərbaycan və Ermənistan prezidentləri İlham Əliyev və Serj Sərkisyan Fransa prezidenti Fransua Ollandın dəvətini qəbul edərlərsə, onların Parisdə görüşü keçiriləcək.

Xarici işlər naziri Elmar Məmmədyarov isə Fransua Ollandın prezidentlərinin Parisdə nəzərdə tutulan növbəti görüşünün təşkil edilməsi barədə təklifini şərh edərkən demişdir ki, Fransa prezidenti Bakıda səfərdə olarkən Azərbaycan və Ermənistan prezidentlərinin görüşü ilə bağlı təklif verib:

“Biz Fransa tərəfindən konkret cavab gözləyirik. Hazırda bu barədə dəqiq məlumatım olmadığı üçün əlavə heç bir söz söyləyə bilmərəm”.

Vasif Həsənli

Oxumağa davam et
Reklam
Reklam

Gündəm