Cəmil Həsənlidən hotellərə və ictimai qurumlara sərt ittiham
Bizi izləyin

Nida.az

Cəmil Həsənlidən hotellərə və ictimai qurumlara sərt ittiham

“Milli Şuranın sessiyasının Gürcüstanda keçirilməsinə zərurət yoxdur. Sessiyanın keçirilməsi üçün burda müəyyən axtarışlar aparılır və hesab edirəm ki, sessiyanı burda keçirə biləcəyik”.

Bu barədə Milli Şuranın sədri Cəmil Həsənli Publika.az-a açıqlamasında sessiyanın Tiflisdə keçirilməsi xəbərlərinə münasibət bildirərkən deyib.

Onun sözlərinə görə, sessiya üçün bir sıra hotellərə müraciət ediblər: “Hotellərdə tədbirlərin keçirilməsi üçün yerlər var. Biz bunun üçün müraciət etmişik, lakin bizə yer vermək istəmirlər. Yaxud bir sıra yerlər var ki, ictimai-siyasi təşkilatlar orda tədbir keçirilər. Misal üçün, Mətbuat Klubuna bəzi tədbirlərin keçirilməsi üçün müraciət etmişik, lakin onlar bu ilin sonuna kimi yerlərinin olmadığını bildiriblər. Hansı ki, biz bilirik ki, boş yerləri var. Bu, Milli Şuraya olan münasibətdən irəli gəlir”.

C. Həsənli yer üçün hökumətə müraciət etmək məsələsinə də münasibət bildirib. Deyib ki, bu məsələ Milli Şuranın rəhbər heyətində müzakirə olunmayıb.

KXCP-nin qərargahına gəlincə, C. Həsənli bu partiya ilə heç bir incikliyin olmadığını bildirib.

“Biz KXCP-ni qərargahında bir neçə tədbir keçirmişik. Bundan sonra da tədbir keçirmək imkanımız qalıb. KXCP tərəfindən heç bir maneə yoxdur. Əksinə, Mirmahmud ağa təklif edib ki, Milli Şuranın tədbirlərini, o cümlədən sessiyanı KXCP-də keçirə bilərik. Bizim üçün maraqlı olan əgər hotellərdə, ictimai yerlərdə bizə niyə yer verilməməsidir”,- deyə qurumun sədri bildirib.


Asif

Oxumağa davam et
Reklam
Reklam

Gündəm