Sərdar Cəlaloğlu partiyasını bağladı
Bizi izləyin

Nida.az

Sərdar Cəlaloğlu partiyasını bağladı

Azərbaycan Demokrat Partiyası (ADP) bir aylıq istirahətə çıxıb.

Partiya sədri Sərdar Cəlaloğlu Publika.az-a açıqlamasında bildirib ki, bu barədə ADP İdarə Heyəti qərar verib.

Onun sözlərinə görə, partiya üzvlərinə bu haqqı tanımaq lazımdır: “Bizdə hər gün səhərdən axşama qədər işləyənlər var. İndi yaydır, siyasi proseslər də səngiyib. Buna görə də insanların istirahət haqqını tanımaq lazımdır. Bu müddətdə üzvlərimiz istədikləri yerə gedə, istədikləri formada istirahət edə bilərlər. Əgər nəsə təcili hadisə olarsa, yalnız o zaman toplanmaq olar. Bu da istisna hallarda”.

S. Cəlaloğlu qeyd edib ki, onların təmsil olunduqları “Qarabağ bloku” da bir aylıq məzuniyyətə çıxıb.

Asif

Oxumağa davam et
Reklam
Reklam

Gündəm