Qarabağ işğal altındadır (FOTO)
Bizi izləyin

Nida.az

Qarabağ işğal altındadır (FOTO)

İtaliyanın “Globalist” xəbər portalında Azərbaycan Prezidenti İlham Əliyevin Strasburqda Avropa Şurası Parlament Assambleyasının yay sessiyasındakı nitqi ilə bağlı məqalə yerləşdirilib.

Publika.az-ın məlumatına görə, məqalədə Prezident İlham Əliyevin Azərbaycanın inkişafı, ölkəmizdə son illərdə həyata keçirilən islahatlar, mətbuat azadlığı, insan haqları, respublikamızda mövcud tolerantlıq mühiti kimi məsələlərlə bağlı səsləndirdiyi fikirlər əksini tapıb.

Yazıda dövlətimizin başçısının Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinə dair fikirləri də yer alıb:

“Üzləşdiyimiz problemlərdən biri Azərbaycanın beynəlxalq səviyyədə tanınmış ərazi bütövlüyünün pozulmasıdır. Ermənistan-Azərbaycan münaqişəsi bütün regionu təhlükə altına salır. Bu, dondurulmuş münaqişədir. Lakin bu münaqişə əslində donmuş hesab edilə bilməz. O, dondurula bilməz, çünki münaqişə öz həllini tapmalıdır. Dağlıq Qarabağ Azərbaycanın tarixi hissəsidir. Azərbaycanlılar Dağlıq Qarabağda əsrlər boyu yaşayıblar. Ermənilər bu yerlərdə iki yüz ildən az müddət öncə yaşamağa başlayıblar. Tarixi abidələr, Dağlıq Qarabağdakı irsimiz, əfsuslar ki, hazırda erməni işğalçı ordusu tərəfindən dağıdılıb. Münaqişə Azərbaycanın beynəlxalq səviyyədə tanınmış ərazisinin 20 faizinin işğalı ilə nəticələnib. Biz erməni silahlıları, erməni ordusu tərəfindən etnik təmizləməyə məruz qalmışıq. Bir milyon azərbaycanlı öz ölkəsində qaçqın və məcburi köçkün vəziyyətinə düşüb. Dağlıq Qarabağ və onun ətrafında yerləşən yeddi rayon iyirmi ildən artıqdır ki, işğal altındadır. Bu, çox böyük ədalətsizlikdir”.

Məqalədə, həmçinin Heydər Əliyev Fondunun İtaliyada həyata keçirdiyi layihələrdən bəhs edilir.

Qeyd olunur ki, Fondun dəstəyi ilə Müqəddəs Roma katakombalarının bərpası və digər layihələr qurumun dünya mədəni irsinə töhfəsinin bariz nümunəsidir.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm