• USD 1,7369 0,00% EUR 1,8716 +0,49%
    • GBP 2,1974 -0,10% RUB 0,0274 +0,73%

Əlimizdə hələ 7-8 iri material var – Rauf Arifoğlu

  • Nida.az
  • 27 Yanvar 2014 17:58
  • 528 Baxış
Əlimizdə hələ 7-8 iri material var – Rauf Arifoğlu

AXCP-Müsavat, AXCP-”Yeni Müsavat” münasibətlərində gərginliyin nisbətən səngidiyi bu günlərdə Rauf Arifoğlu yenidən Əli Kərimliyə qarşı ittihamlarla çıxış edib. Baş redaktor AXCP sədrini təhqir və açıq şəkildə təhdid edərək, “susmamağa” çağırıb, onu şantajda ittiham edib.

R.Arifoğlu rəhbərlik etdiyi sayta açıqlamasına deyib: “Mən İsa Qəmbərin dostu kimi, Müsavat Partiyasına əmək vermiş 25 illik müsavatçı stajı olan bir vətəndaş kimi Müsavatın, İsa Qəmbərin üzərinə gələn böhtan kampaniyasına dözmədim, cavab verdim. Əli Kərimli bilsin və bilir ki, mən onun haqqında elə şeyləri yaza bilərəm o, ümumiyyətlə insan üzünə çıxa bilməz. Buna görə də mənim məsləhətim, tövsiyəm ondan ibarətdir ki, qızışmasın, çevrəsindəki insanları da qızışdırıb cəmiyyətin üzərinə salmasın, siyasi mühiti bu dərəcədə çirkləndirməsin. Əks halda cavab veriləcək və zərər verdiyi qüvvələr qədər, ondan da daha artıq özü zərər çəkəcək. Mən ”Yeni Müsavat” tam dayandı” deyə bilmərəm. Çünki biz bu cür komandalarla idarə olunmuruq. Mövzu olsa, yazı olsa, sosial şəbəkələrdə yenə üstümüzə hürən olsa, biz öz daşlarımızı onlara atacağıq. Əlimizdə hələ 7-8 iri material var, rəhmətlik Elmar Hüseynovun Əli Kərimli haqqında yazdığı məqalə var, digər faktlar və kitablardan götürülmüş iqtibaslar, arxivdən hazırladığımız yazılar mövcuddur. Lakin biz də bir müddət onların çapına ayaq verəcəyik və gözləyəcəyik. Əslində bunların AXCP Rəyasət Heyəti tərəfindən qərarlaşdırılmış, Fuad Qəhrəmanlı tərəfindən elan olunmuş atəşkəs, moratorium qərarına necə riayət etmələri monitorinq olunacaq. Bundan sonra da təbii ki, biz də öz yolumuza davam edəcəyik”.

Göründüyü kimi, R.Arifoğlu cəbhəçiləri açıq şəkildə təhrik edir ki, qarşılıqlı ittihamları davam etdirsinlər. Ən maraqlısı isə Əli Kərimlinin şəxsinə ünvanlanmış təhdid və hətta şantaj kimi qiymətləndirilə biləcək fikirlərdir. “Əli Kərimli bilsin və bilir ki, mən onun haqqında elə şeyləri yaza bilərəm o, ümumiyyətlə insan üzünə çıxa bilməz”, deyə yazan R.Arifoğlu AXCP sədri haqqında indiyədək hakimiyyətin dediklərindən, yazdıqlarından artıq nə deyə bilər?!

Xəbər lenti

DAHA ÇOX XƏBƏR