Nida.az
Sülhəddin Əkbər Milli Şurada fəaliyyətinə xitam verdi - Müsahibə
İyulun 6-da təsis qurultayı keçirilən Azad Demokratlar
Partiyasının sədri seçilən Sülhəddin Əkbərin Publika.az-a
müsahibəsi
- Sülhəddin bəy, yeni təsis edilən partiyanızın digər
partiyalardan əsas fərqi nədən ibarət olacaq?
- Bizim çox geniş, hərtərəfli proqramımız var. Mənə elə gəlir ki,
bu proqram genişliyi və dərinliyinə görə digər partiya
proqramlarından fərqlənir. Siyasi baxımdan fərqə gəlincə, bizim
partiya siyasi-ideoloji dərinliyi olan bir partiya olacaq. Digər
partiyalar ideoloji işi ümumiyyətlə aparmırlar, ya da çox zəif
aparırlar.
Digər fərq elan etdiyimiz prinsiplərə sadiqlik nümayiş
etdirməyimizdə olacaq. Yəni konyunkturaya görə siyasi
prinsiplərimizdən vaz keçməyəcəyik. Düzdür, bu çox çətin olacaq.
Amma hər halda prinsiplərimizə sadiq qalmağa çalışacağıq. Siyasi
münasibətlər qurarkən də buna sadiq qalacağıq. Strateji
münasibətləri o partiyalarla quracağıq ki, ideoloji xətlərimiz
üst-üstə düşsün, ya da heç olmasa yaxın olsun. Eyni zamanda, bu
yaxınlıq xarici siyasət oriyentasiyasında da olmalıdır. Digər
tərəfdən, ölkədə o qüvvələrlə birlikdə ola bilərik ki, qarşılarına
ölkənin demokratikləşdirilməsi məqsədini qoysunlar. Bununla yanaşı,
orta sinfin partiyası olacağıq. Azərbaycanda orta sinfin fikir və
maraqlarının ifadə edəcəyik. Fərqlərimiz bütün sahələrdə
olacaq.
- Hansı formalı birliklərdə təmsil olunmaq fikriniz
var?
- Biz hansısa siyasi birliyin, yaxud siyasi partiyanın ətrafında
yaradılan birliklərin heç birində olmayacağıq. Bu da fərqli
yanaşmamızdan biridir.
Siyasi münasibətlərdə çalışacağıq ki, öz prinsiplərimizi, liberal
dəyərləri, Avropa standartlarını əsas götürək. Siyasi ritorikada
diqqətli olacağıq. Çünki Azərbaycan müharibə şəraitində olan
ölkədir. Ölkədə siyasi partiyalar arasındakı münasibətlərdə böyük
uçurum var. Bu baxımdan siyasi həmrəyliyə ehtiyac olduğunu
düşünürük. Milli məsələlərdə bütün siyasi qüvvələrlə əməkdaşlığa və
dialoqa üstünlük veriləcək.
- Milli Şurada təmsilçilik necə olacaq?
- Dünən qurultaydan sonra sessiya keçirdik. Partiyanın qərarına
uyğun olaraq, Milli Şurada olan üzvlərimizin hamısının bu qurumdakı
fəaliyyəti dayandırıldı. Qərar verdik ki, yalnız siyasi-ideoloji
xəttə uyğun olan birlikdə olaq. Birliklərdə iştiraka gəlincə,
ölkənin bütün demokratik potensialını mobilizasiya edən geniş
əsaslı milli-demokratik qüvvələrin birliyi olarsa, iştirak
edəcəyik. Siyasi liderlər, yaxud siyasi partiyalar ətrafında
yaradılan birlikdə iştirak etmək fikrimiz yoxdur. Bu xətti davam
etdirəcəyik. Bu da fərqli yanaşmalarımızdan biridir.
- Üzvlərinizin tərkibində hansı dəyişiklik
olacaq?
- Partiyamıza müxtəlif siyasi keçmişi olan şəxslər üzv olublar.
Hakim partiyanın sabiq üzvləri, AXC-nin, AXCP-nin üzvləri, keçmiş
müsavatçılar, ADP-çilər, ACP-çilər və heç bir partiyada təmsil
olunmayan şəxslər partiyamıza üzv olublar.
- Son vaxtlar qeyri-ənənəvi dini təriqətlər mövzusu
gündəmdədir. Belə təriqətlərə yaxın olan şəxslərin partiyanıza
üzvlük məsələsinə necə yanaşırsınız?
- Əsas prinsiplərimizdən biri azadlıqdır. Eyni zamanda, insan hüquq
və azadlıqlarını təminat altına almaqdır. Vicdan azadlığı da
fundamental azadlıqlardan biridir. Biz buna prinsipial yanaşırıq.
Üzvlərimiz dinə inana da bilər, inanmaya da. Yaxud istədiyi dinə
xidmət edə bilər. Belə şəxslərin partiya üzvlüyünə və partiyada
fəaliyyətinə heç bir maneəçilik yoxdur. O başqa məsələdir ki,
Azərbaycan Konstitusiyasına və qanunvericiliyinə zidd hərəkət edən
varsa, üzv qəbul edilməyəcək, eləcə də üzvlükdən xaric
ediləcək.
Asif Nərimanlı
-
İdman01:45
Məşhur kluba ağır cəza - 18 xalı silindi
-
Sosial01:01
Azərbaycana qaytarılan dörd kəndin sakinləri DANIŞDILAR - VİDEO
-
Qoroskop00:31
Günün qoroskopu: köklü yeniliklər başlanır
-
Magazin119 Aprel 23:15
Nazpəri illər sonra İlhamə Quliyeva ilə küsülü olmasının səbəbini açıqladı - VİDEO
-
Hadisə19 Aprel 22:48
Bakı metrosunda OLAY
-
Nida Xəbər 19 Aprel 22:24
4 kənd qayıtdı - Növbəti mərhələdə nə var?
-
Dünya19 Aprel 22:12
Ukrayna Rusiyanın hərbi obyektlərini vura bilər - NATO-dan TAM DƏSTƏK
-
MDB19 Aprel 21:50
95 yaşlı diplomat öldü