Bir əsr öncəki zərbə: 91 il sonranı hansı görücü planlaşdırmışdı?
Bizi izləyin

Nida.az

Bir əsr öncəki zərbə: 91 il sonranı hansı görücü planlaşdırmışdı?

Dağlıq Qarabağ Muxtar Vilayətinin yaranmasından 91 il ötür.

Publika.az xəbər verir ki, 91 il öncə tarixin bu günü – 1923-cü il 7 iyul – Azərbaycan SSR İcraiyyə Komitəsinin dekreti ilə Azərbaycan torpaqlarında Dağlıq Qarabağ Muxtar Vilayəti yaradılır. 1981-ci il iyunun 16-da isə Azərbaycan SSR Ali Soveti “Dağlıq Qarabağ Muxtar Vilayəti haqqında” qanun qəbul edib və muxtariyyətin səlahiyyətlərində yeniliklər edilib. Dağlıq Qarabağdakı muxtariyyətin sonuncu rəsmi statusu da bu qanunla müəyyənləşib.

1991-ci il noyabrın 26-da Azərbaycan Respublikası Ali Sovetinin qərarı ilə Dağlıq Qarabağ Muxtar Vilayəti inzibati ərazi vahidi ləğv olunub. Həmin gün müstəqil Azərbaycanın parlamentinin qərarı ilə həm 1981-ci il iyunun 16-da Azərbaycan SSR Ali Sovetinin qəbul etdiyi “Dağlıq Qarabağ Muxtar Vilayəti haqqında” qanun qüvvədən salınıb və onun ərazisini qonşu Xocavənd, Tərtər, Goranboy, Şuşa və Kəlbəcər inzibati rayonları arasında bölüşdürüb.

Bundan əvvəl Dağlıq Qarabağ Muxtar Vilayətində Əsgəran, Hadrut (1923-cü ilədək adı Ağoğlan olub), Mardakert (Ağdərə), Martuni (Xocavənd), Şuşa rayonları və vilayət tabeli Stepanakert (Xankəndi) şəhəri daxil idi. Hazırda keçmiş Dağlıq Qarabağ muxtar vilayəti və onun ətrafında daha 7 rayon tam və ya qismən erməni işğalındadır.

Politoloq Zərdüşt Əlizadə Publika.az-a açıqlamasında deyib ki, bu, səhv addım idi. Onun sözlərinə görə, həmin vaxt azərbaycanlılar da Ermənistan ərazisində muxtar vilayət statusu ala bilərdilər: “Lakin onlar proseslərə səssiz qaldılar. Ermənilərsə qiyam qaldıraraq Azərbaycan ərazisində bu statusu ala bildilər. Azərbaycanlıların səsi 1988-ci ildə çıxdı və biz də eyni şeyi istədik. Onda Qorbaçovun göstərişi və Ermənistan rəhbərliyinin icrası ilə azərbaycanlılar oradan qovuldu”.

Qeyd edək ki, bu problemin kökündə maraqlı bir nüans dayanır. Belə ki, həmin vaxt Qarabağ erməniləri Azərbaycanın tərkibində qalmaq istədiklərini elan etdilər. Lakin bunun nəticəsi 1988-ci ildə ortaya çıxdı. Həmin ermənilər bu dəfə Ermənistanın tərkibinə keçmək istədiklərini bəyan edərək, Qarabağa hücuma zəmin yaratdılar. Hansı ki, onlar Azərbaycan vətəndaşları idi. Amma bu uzaqgörənliyin onlara deyil, Rusiyaya məxsus olması da sirr deyil.

Asif

Oxumağa davam et
Reklam
Reklam

Gündəm