Ombudsman Britaniya Krallığının Azərbaycandakı səfirini qəbul edib
Bizi izləyin

Nida.az

Ombudsman Britaniya Krallığının Azərbaycandakı səfirini qəbul edib

Azərbaycan Respublikası İnsan Hüquqları üzrə Müvəkkili Elmira Süleymanova Britaniya Krallığının Azərbaycandakı səfiri İrfan Siddiqi qəbul edib.

Azərbaycan Respublikası İnsan Hüquqları üzrə Müvəkkili Elmira Süleymanova Britaniya Krallığının Azərbaycandakı səfiri İrfan Siddiqi qəbul edib.

Publika.az Ombudsman Aparatına istinadən xəbər verir ki, tanışlıq məqsədi daşıyan görüşdə E.Süleymanov Ombudsman haqqında Konstitusiya Qanunu çərçivəsində fəaliyyətini diqqətə çatdırb.

Müvəkkilə İşgəncələr Əleyhinə Milli Preventiv Mexanizmin (MPM) və “İnformasiya əldə etmək haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinə nəzarətin həyata keçirilməsi üzrə verilən səlahiyyətlər barədə qonağa ətraflı məlumat verilib.

Aparatda İşgəncələrin qarşısının alınması şöbəsinin yaradıldığı, Milli Preventiv Qrupun (MPQ) səmərəli fəaliyyət göstərdiyi, azadlıqdan məhrumetmə və məhdudlaşdırma yerlərinə, həmçinin penitensiar müəssisələrə, müvəqqəti saxlama təcridxanalarına, habelə sosial obyektlər, ahıllar və əlillər üçün internat evləri və pansionatlara, psixiatriya xəstəxanalarına başçəkmələr həyata keçirildiyi bildirilib.

Qeyd edilib ki, Müvəkkil UDİ mexanizmi üzrə hökumətin hesabatına əlavə olaraq öz məruzəsini hazırlayıb və BMT-nin İnsan Hüquqları üzrə Ali Komissarlığına göndərib. UDİ üzrə rəsmi hesabatda isə bu sənədin hazırlanmasında Müvəkkilin də fəal iştirak etdiyi və bu istiqamətdə fəaliyyətinin müsbət təcrübə kimi dəyərləndirildiyi vurğulanıb.

Qeyd olunub ki, müvafiq beynəlxalq konvensiyaların milli qanunvericilik aktlarına uyğunlaşdırması üzrə təkliflər verilməsi Ombudsmanın fəaliyyətində mühüm istiqamətlərdəndir.

Səfir səmimi qəbul, ətraflı məlumat və faydalı fikir mübadiləsi üçün E. Süleymanovaya təşəkkür edib.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm