• USD 1,7339 0,00% EUR 1,8297 -1,20%
    • GBP 2,2001 +0,65% RUB 0,0270 -0,74%

Qənirə Paşayeva azərbaycanlıların taleyi ilə bağlı AŞPA-ya sərt çağırış edib

  • Nida.az
  • 27 Yanvar 2014 21:19
  • 1 242 Baxış
Qənirə Paşayeva azərbaycanlıların taleyi ilə bağlı AŞPA-ya sərt çağırış edib

Millət vəkili Qənirə Paşayeva Avropa Şurası Nazirlər Komitəsinin sədrini Ermənistanın məcburi köçkün saldığı və snayperlərlə hədəfə aldığı azərbaycanlıların taleyinə biganə yanaşmamağa çağırıb.

Avrapo Şurası Parlament Assambleyasının qış sessiyasında Assambleya üzvləri qarşısında çıxış edən Avropa Şurası Nazirlər Komitəsinin sədri S.Kunts çıxışından sonra millət vəkillərinin suallarını cavablandırıb.

Azərbaycanın AŞPA-dakı nümayəndə heyətinin üzvü Qənirə Paşayeva bir neçə gün əvvəl millət vəkili seçildiyi Tovuz rayonunun Əlibəyli kəndi istiqamətində Ermənistan Silahlı Qüvvələrinin atəşkəs rejimini pozaraq kənd sakinəsi, 38 yaşlı Ruhiyyə Hüseynovanı atəşə tutmaları və onun ciddi yaralanması barədə məlumat berdikdən sonra bildirib ki, Ermənistan Silahlı Qüvvələrinin sivil, dinc insanlara qarşı tez-tez belə addımlar atır:

"Bu neçə gün əvvəl də yenə də bir ailənin evi və əkin sahəsində işləyən gənc bir oğlan Ermənistan Silahlı Qüvvələri tərəfindən snayperlərlə hədəfə alınmışdı. Nazirlər Komitəsinin yeni sədri kimi sizin bu məsələ ilə bağlı reaksiyanız önəmılidir. Sizin bu məsələyə reaksiyanız necədir?"

Azərbaycan nümayəndə heyətin üzvü Qənirə Paşayevanın sualına cavab verən Avropa Şurası nazirlər Komitəsinin sədri S.Kunts deyib ki, təşkilat bu məsələni ciddi şəkildə nəzərdə keçirir və vəziyyətini diqqətdə saxlayır:

“Düşünürəm ki, dialoq əsas məqsəd olmalıdır. Təbii ki, biz zorakılığın qarşısını almalıyıq və mən ümid edirəm ki, Avropa Şurası öz töhfələrini verə bilər. AŞNK sədri kimi, mən düşünürəm ki, bu barədə ikitərəfli müzakirələri edə bilərik. Təəssüf ki, mən bu suala ümumi cavab verməliyəm, amma bir neçə həftədən sonra sizə yazılı variantda cavab verəcəm”

Xəbər lenti

DAHA ÇOX XƏBƏR