ABŞ səfiri: “Hər şey hazırdır, rayonlar Azərbaycana qaytarılır”
Bizi izləyin

Nida.az

ABŞ səfiri: “Hər şey hazırdır, rayonlar Azərbaycana qaytarılır”

“Dağlıq Qarabağın Azərbaycana qaytarılması məsələnin yekun həlli zamanı müəyyənləşəcək”.

Axar.az xəbər verir ki, bu açıqlama ilə ABŞ-ın Ermənistandakı səfiri Con Heffern çıxış edib. O, hazırda əsas müzakirə mövzusunun tərəflər arasında hansı sülhməramlı qüvvələrin yerləşdirilməsinin müəyyənləşdirilməsi ilə bağlı olduğunu deyib:

“Altı razılaşdırılmış elementə əsasən, Dağlıq Qarabağın son statusu azad iradə əsasında bəlli olacaq. Bundan sonra isə Dağlıq Qarabağ ətrafındakı rayonlar Laçın istisna olmaqla geri qaytarılacaq. Məsələ burasındadır ki, hansı ölkə və təşkilatın güclərinin burada sülhməramlı qüvvə kimi yerləşdirilməsi hələlik tərəflər arasında müzakirə mövzusudur”.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm