Rusiyalı ekspertdən şok açıqlama: “Kremlin hədəfində Bakının da adı var”
Bizi izləyin

Nida.az

Rusiyalı ekspertdən şok açıqlama: “Kremlin hədəfində Bakının da adı var”

“Kreml yalnız Ukraynadan sonra dinclik tapacaq, lakin eyni zamanda yeni nifrət obyektinə də çevriləcək. Ukraynanın taleyi Ermənistanı, Gürcüstanı, Azərbaycanı, hətta Belarusu da gözləyir. Ən maraqlısı isə onlardan hansının bundan qurtulmağı bacaracağıdır”.

Publika.az xəbər verir ki, bu barədə rusiyalı ekspert Vitali Portnikov deyib.

Onun sözlərinə görə, Ukrayna ilə yanaşı, Moldova və Gürcüstan da Avropa yolunu tutdu: “Lakin Kremlin ən çox çəkindiyi tərəf Bakıdır, hansı ki, bu gün rəsmi Bakı öz kartları ilə ustalıqla oynayır. Bu baxımdan, Ukraynadan sonra Kremlin hədəfində Bakının da adı var. Sadəcə olaraq, üsullar bir qədər fərqli olacaq”.

Ekspert bildirib ki, bu gün Rusiya ölkə deyil, imperiya təəssüratı bağışlayır: “Bu imperiyadan kim qurtulsa nifrət qazanacaq, lakin onun yanında olanlar da eyni münasibəti görəcəklər”.

V. Portnikov hesab edir ki, Rusiya gələcək təhlükələrə qarşı Çeçenistan və Tatarıstan daha geniş azadlıq verməlidir: “Necə ki, vaxtilə Baltikyanı ölkəyə bu verildi. İndi bütünlüklə həmin forma seçilməsə də, bu azadlıq genişləndirilməlidir. Həmçinin Qafqaz kimi bölgədəki xalqların nifrətindən qaçmaq lazımdır”.


Asif

Oxumağa davam et
Reklam
Reklam

Gündəm