Sərdar Cəlaloğlu ilə Əli Kərimlinin adamı arasında DAVA
Bizi izləyin

Nida.az

Sərdar Cəlaloğlu ilə Əli Kərimlinin adamı arasında DAVA

ADP ilə AXCP arasında yeni qarşıdurma yaranıb.

Publika.az xəbər verir ki, yeni qalmaqala səbəb S. Cəlaloğlunun AXCP və Müsavatı müxalifətin baş bəlası adlandırmasından sonra başlanıb.
AXCP sədrinin müavini Fuad Qəhrəmanlının məsələyə münasibəti çox sərt olub. O, S. Cəlaloğluna baş qoşmağın mənasız olduğunu deyib. Tövsiyə edib ki, siyasətdən uzaq işlərlə məşğul olsun.

Sərdar Cəlaloğlu Publika.az-a açıqlamasında bildirib ki, F. Qəhrəmanlı siyasətdə yenidir: “Mən xalq hərəkatına qoşulanda Fuad hələ uşaq idi. Sonradan gəlib mənə nəyin doğru, nəyin yanlış olduğunu öyrədə bilməz. Mən də həmin açıqlamada konkret olaraq hər iki partiyanı günhlandırmamışdım. Onların da adını çəkmişdim, iqtidarın da. Həmçinin müxalifətin zəif olmasının digər səbəblərini sadalamışdım. Onlar görə bildikləri qədər görmək istəyirsə, mən nə edə bilərəm. Görünür, bunların qarşıdurmalarda, qalmaqallardan xoşları gəlir. Ona görə də fikirləri təhrif edib hücumlara başlayırlar”.


Asif

Oxumağa davam et
Reklam
Reklam

Gündəm