Nida.az
Sülhəddin Əkbər Milli Şuradan xeyli əvvəl çıxıbmış - Qurumdan açıqlama
Azad Demokratlar Partiyasını təsis edən Sülhəddin Əkbər Milli Şuradakı fəaliyyətinə xitam verdi.
S. Əkbər Publika.az-a müsahibəsində (http://publika.az/p/28941) bunu belə izah edib: “Partiyanın qərarına uyğun olaraq, Milli Şurada olan üzvlərimizin hamısının bu qurumdakı fəaliyyəti dayandırıldı. Qərar verdik ki, yalnız siyasi-ideoloji xəttə uyğun olan birlikdə olaq. Birliklərdə iştiraka gəlincə, ölkənin bütün demokratik potensialını mobilizasiya edən geniş əsaslı milli-demokratik qüvvələrin birliyi olarsa, iştirak edəcəyik. Siyasi liderlər, yaxud siyasi partiyalar ətrafında yaradılan birlikdə iştirak etmək fikrimiz yoxdur”.
Məsələ ilə bağlı Publika.az-a münasibət bildirən Milli Şuranın Koordinasiya Mərkəzinin üzvü Rafiq Manaflı bildirib ki, S. Əkbərin bu addımı təəccüblü deyil. Onun sözlərinə görə, S. Əkbər KM-nə üzv seçilməkdən imtina edən zaman getməklə bağlı planlarını qurmuşdu: “Biz onun gec-tez Milli Şuradan gedəcəyi qənaətinə gəlmişdik. Fikrimcə, onun istefası nə Milli Şuranı zəiflətdi, nə də gücləndirdi. Biz hesab edirik ki, bu istefa Sülhəddin Əkbərin öz qərarıdır. Mənim onunla bu mövzuda söhbətimiz olub. Əvvəl Milli Şuradan kiminsə getməsi faciə kimi qəbul olunurdu. İndi bu, normal prosesdir. Kimsə gedəcək, kimsə də gələcək”.
KM-nin digər üzvü Vidadi Mirkamal da S. Əkbərin gedişinin
gözlənilməz olmadığını hesab edir. Onun sözlərinə görə, S. Əkbərin
partiyası uzun müddətdir qurumda, demək olar ki, fəaliyyət
göstərmirdi: “Bunu partiya quruculuğu ilə əlaqələndirirdilər. Lakin
getməklə bağlı rəy əvvəldən yaranmışdı və biz buna müəyyən mənada
əmin idik. Hesab edirəm ki, bu normaldır və Sülhəddin Əkbərin öz
seçimidir”.
Asif
-
Avropa17:21
Makrondan qorxunc iddia: Avropa dağılacaq, köçkünlər olacaq
-
Kriminal16:33
Özünü ölmüş kimi təqdim edən biznesmenə hökm oxundu
-
MDB16:00
Avropa Yer üzündən silinəcək, Amerika isə... - Belarusdan şok hədə
-
Rəsmi xronika15:29
İlham Əliyev və Japarov Ağdamda - FOTOLAR
-
Sosial14:51
Videomu paylaşıb məni biabır etmək istəyirlər - Cahangir Əsgərov
-
Sosial14:16
Elmira Süleymanova vəfat etdi - FOTO
-
Cənubi Qafqaz13:40
İrəvandan İlham Əliyevin təklifinə cavab gəldi: Hazırıq!
-
Sosial13:03
Prokurorluqdan Nəsib Quliyevin intihar faktı ilə bağlı çağırış: bu məlumatlar...