“Aravot”: “Kreml Qarabağı Bakının ayaqları altına sərəcək”
Bizi izləyin

Nida.az

“Aravot”: “Kreml Qarabağı Bakının ayaqları altına sərəcək”

Rusiya Qarabağ münaqişəsində həllində ayrıca hərəkət etməyə başlayıb.

Publika.az xəbər verir ki, bu iddia ilə Ermənistanın “Aravot” qəzeti çıxış edib. Qəzet yazır ki, Minsk qrupunun iki ölkəsi - ABŞ və Fransa münaqişənin həllində aktiv mövqe nümayiş etdirirlər: “Lakin Rusiya barəsində bunu demək çətindir. Moskva daha çox sərbəst hərəkət etməyə meyilli görünür. Görünür ki, Moskva Bakı ilə Avrasiya İttifaqı məsələsində ayrıca razılığa gəlmək istəyir”.

Qəzet yazır ki, Kreml Avrasiya İttifaqı üçün Qarabağı Bakının ayaqları altına sərməyə hazır görünür.
“Hər halda Bakının tələbləri qəbul edilə bilər, əgər Azərbaycan “Putin ittifaqı”na “bəli” deyərsə”, - deyə qəzet qeyd edib.


Asif

Oxumağa davam et
Reklam
Reklam

Gündəm