Kreml Bakını müharibədən çəkinməyə çağırdı – Rəsmi Bəyanat
Bizi izləyin

Nida.az

Kreml Bakını müharibədən çəkinməyə çağırdı – Rəsmi Bəyanat

“Rusiya Azərbaycan və Ermənistan prezidentləri arasında birbaşa dialoqun davam etdirilməsinə ümid edir”.

Publika.az-ın erməni mediasına istinadən verdiyi məlumata görə, bu barədə Ermənistan ictimai teleradio şirkətinin sorğusuna cavab olaraq Rusiya Xarici İşlər Nazirliyinin bəyanatında deyilir.

Bəyanatda bildirilir ki, müharibə ritorikası münaqişənin dinc yolla nizamlanmasına imkan yaratmır, əksinə, həllini ağırlaşdırır. Qeyd olunub ki, bu, həmsədr ölkələrin də ümumi mövqeyidir.

“Bu baxımdan xatırladırıq ki, keçən ilin iyun ayında ABŞ, Rusiya və Fransa prezidentlərinin Şimali İrlandiyanın Lox-Erne şəhərində verdikləri bəyanatda bu mövqe əks olunub. Birgə bəyanatda tərəflərə sülhə çağırış və müharibədən yayınmaq barədə çağırış yer alıb. Bildirilib ki, müharibə regionda gərginliyi artıra və münaqişənin uzanmasına gətirib çıxara bilər. Hesab edirik ki, belə bir yanaşma düzgündür. Azərbaycan və Ermənistan prezidentlərinin arasında birbaşa dialoqun davam etdiriləcəyinə ümid edirik. Onların özü də keçən ilin sonunda Vyanada bu barədə razılaşıblar”, - Rusiyanın Xarici İşlər Nazirliyinin bəyanatında deyilir.

Asif

Oxumağa davam et
Reklam
Reklam

Gündəm