Elmar Məmmədyarov: "NATO ilə əməkdaşlıq öz töhfəsini verib"
Bizi izləyin

Nida.az

Elmar Məmmədyarov: "NATO ilə əməkdaşlıq öz töhfəsini verib"

Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov NATO baş katibinin Cənubi Qafqaz və Mərkəzi Asiya üzrə xüsusi nümayəndəsi Ceyms Apparturayı qəbul edib.

XİN-in mətbuat xidmətindən publika.az-a verilən məlumata görə, E.Məmmədyarov Azərbaycanın NATO ilə əməkdaşlığa xüsusi əhəmiyyət verdiyini qeyd edərək, ölkəmizin Fərdi Tərəfdaşlıq üzrə Əməliyyat Planı və Planlaşdırma və Analiz Prosesi kimi NATO-nun tərəfdaşlıq mexanizmlərində fəal şəkildə iştirak etdiyini bildirib.

O, əlavə edib ki, NATO ilə əməkdaşlıq Azərbaycan Silahlı Qüvvələrinin islahatı prosesinə və orduda müasir standartların tətbiqinə öz töhfəsini verib.

C.Apparturay fəal tərəfdaş dövlət kimi Azərbaycanın NATO-nun Əfqanıstanda keçirilən əməliyyatına və beynəlxalq təhlükəsizliyə töhfəsinin Alyans tərəfindən yüksək qiymətləndirildiyini diqqətə çatdırıb.

Görüşdə Azərbaycan ilə NATO arasında tərəfdaşlığın gələcək inkişaf perspektivləri və NATO-nun qarşıdan gələn Uels zirvə toplantısının gündəliyində duran aktual məsələlər üzrə fikir mübadiləsi aparılıb.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm