Morninqstarı əvəzləyəcək diplomat haqda “WikiLeaks” nələr yazmışdı? - Şok Araşdırma
Bizi izləyin

Nida.az

Morninqstarı əvəzləyəcək diplomat haqda “WikiLeaks” nələr yazmışdı? - Şok Araşdırma

ABŞ Azərbaycana yeni səfir təyinatını reallaşdırmaq niyyətindədir.

Ağ Evin Bakıya səfir postuna namizədi Robert Cekuta kimdir?

Publika.az Bakı yoluna çıxmağa hazırlaşan yeni səfir haqqında araşdırma aparıb. O, hazırda dövlət katibinin enerji məsələləri üzrə köməkçisinin böyük müavini vəzifəsində çalışır. Qeyd edək ki, hazırkı səfir Riçard Morninqstar da enerji sahəsi üzrə təcrübəli diplomatdır. Vaşinqtonun Bakıya enerji mütəxəssislərini göndərməsi təsadüfi deyil.

R. Cekuta vaxtilə Əfqanıstan, Yaponiya və Almaniyada ABŞ səfirliklərində müxtəlif vəzifələrdə çalışıb.

2003-2007-ci illərdə Berlində işləyən Cekuta burda ABŞ İqtisadi Nazirinin vəkili vəzifəsini daşıyıb, 2007-ci ildə Tokioya gəlib, 2009-cu ilə qədər burda çalışıb. 2009-cu ildən sonra Dövlət Departamentinə təyinat alıb.
R. Cekuta Albaniya, Avstriya, İraq, Cənubi Afrika, Yəməndə ABŞ Ticarət Nümayəndəliyinin Ofisində də işləyib.

2003-cü ildə ABŞ İraqa girərkən Əməliyyat Qrupunun İqtisadi Siyasət Analizi və Diplomatiyası istiqamətində çalışıb. Özü Bob Corctaun Universitetinin mütəxəssisidir. Həmçinin, Qlobal İdarəetmə və Milli Hərbi Kollecin Tanderberd Məktəbində usta dərəcəsi alıb.


Bir müddət əvvəl məxfi materialları ilə Vaşinqtonu lərzəyə salan məşhur “WikiLeaks” saytı 2008-ci ildə Tokioda çalışan Robert Cekutanın məxfi teleqramlarının dərc edib. Məxfi qrifli teleqramda deyilir:


“İxtisası: İqtisadiyyat, Robert Cekuta. 1.4 (B).
Econoff İqtisadiyyat Nazirliyi haqda məlumatı çatdırdı. Ticarət və Sənayeyə nəzarət bölünəcək. Məmurlar deyir ki, bu müzakirə olunacaq. Yaponiya bazarına Sokkia şirkəti ilə çıxın və “EmnOff” ilə istənilən nəticəni bölün. İnformasiyada deyilir ki, onlar ABŞ-la daha uzaq perspektivdə də işləməyə hazırdır”.


Başqa bir məxfi teleqramda Cukata yazır:


“Martın 4-də Tokio İctimai Təhülkəsizlik Bürosu və Xirosima perfektura polisi Horkos Karporasiyasının və Xirosima dəzgahları istehsalçının 4 yüksək vəzifəli şəxsini həbs etdi. İttiham lisenziya olmadan Cənubi Koreyaya və Çinə qeyri-qanuni ixracdır. Yaponiya hakimiyyət orqanları 2008-ci ilin əvvəlində firmaya basqın etdi. Baxmayaraq ki, mətbuat ixracın bir hissəsinin Şimali Koreyaya göndərildiyinə dair xəbərlər yazırdı”.
Məxfi teleqramda daha sonra məsələ ilə bağlı durum və çıxış yolları göstərilir.

Asif Nərimanlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm