Arif Hacılı İsa Qəmbərə qarşı - Şok Açıqlama
Bizi izləyin

Nida.az

Arif Hacılı İsa Qəmbərə qarşı - Şok Açıqlama

“Braziliyanın Almaniyaya 1:7 hesabı ilə uduzması dünya futbol tarixində fenomenal hadisədir”.

Bu barədə Müsavat Partiyasının Mərkəzi İcra Aparatının rəhbəri Arif Hacılı Publika.az-a açıqlamasında deyib. Bunun uzun illər müzakirə olunacağını deyən A. Hacılı hesab edir ki, Braziliya xalqı bu günü faciə günü kimi yaşayacaq: “Çünki bir sıra ölkələr var ki, orada insanların həyatında əsas prioritet mövzu futbol mövzusudur.

Braziliya da belə ölkələrdən, bəlkə də, birincisidir. Dünən sanki idman xoşbəxtliyi Braziliyadan üz döndərmişdi. 4 topun 7 dəqiqə ərzində Braziliya qapıçısından keçməsi oyunçuları şoka saldı və onlar bu şokdan oyunun sonunadək ayıla bilmədilər. Təbii ki, Neymarın oyunda iştirak etməməsinin komandanın bu şəkildə dağınıq oyun nümayiş etdirməsində rolu oldu”.

Müsavat yetkinlisi qeyd edib ki, Braziliya komandası cəmiyyətə müəyyən təsəlli vermək üçün üçüncü yer uğrunda maksimum güc sərf edərək qalib gəlməyə çalışacaq.

“Qələbə çalmaq ehtimalı da yüksəkdir. Braziliya azarkeşlərinin bu məğlubiyyətə daha dözümlü yanaşacağını düşünür: Braziliyada insan haqları, sosial-iqtisadi məsələlərlə bağlı onsuzda ciddi siyasi aksiyalar keçirilirdi. Hətta dünya çempionatının Braziliyada keçirilməsinə qarşı çıxan qüvvələr mövcud idi. Şübhəsiz ki, çempionatın bundan sonrakı gedişinə Braziliya cəmiyyətində maraq azalacaq.

Müxtəlif şəhərlərdə hər hansı iğtişaşlar baş verə bilər”,- deyə o proqnozlaşdırıb.
Dünya çempionunun hansı komanda olmasına gəlincə, A. Hacılı Hollandiyanı seçib. O, bu gün keçiriləcək Hollandiya-Argentina qarşılaşmasında da birincinin qalib gəlməsini istəyir.

Qeyd edək ki, Müsavat başqanı İsa Qəmbər isə dünya çempionunun Argentina olacağını bildirib.


Asif

Oxumağa davam et
Reklam
Reklam

Gündəm